Uşaqlığın hipertonusu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 131
Səs ver:
(səs: 1)
İnsanın istənilən  əzələsinin  və ya əzələli orqanın tonusu vardır, yəni sinir sisteminin təsiri altında o, stabil gərginlik vəziyyətində olur. Bu vəziyyətdə əzələ lazım gəldikdə, yığılır. Normal vəziyyətdə uşaqlığın da tonusu olur, bəzi hallarda o, artıq (hiper), digər hallarda isə az (hipo) olur. Tonusunu artırmaqla uşaqlıq doğuşa hazırlaşır ki, bu da  tamamilə normal haldır.
Özlüyündə    uşaqlığın hipertonusu   xəstəlik və ya diaqnoz deyil. Hətta bu, sırf Rusiya anlayışıdır.  Xəstəliklərin beynəlxalq təsnifatında    o, qeyd olunmur, Avropa və Amerika həkimlərinin bu barədə məlumatı yoxdur.
Hamiləliyin ilk günlərindən  uşaqlıq dövri olaraq yığılır, yəni  qısa müddətli hipertonusa keçid edir. Bu yığılmalar   spontan olaraq yaranır, ağrılara səbəb olmur və  uşaqlıq boynunun açılmasına gətirib çıxarmır.
Hamiləliyin ikinci  yarısında  uşaqlığın yığılmaları qadın üçün  hiss  olunan  dərəcəyə çatır. Onlar qarnın alt hissəsində  gərginlik  hissi kimi özünü büruzə verir və əl ilə toxunduqda,  o, bərk olur.   Uşaqlığın yığılmaları   qeyri-mütəmadi olur və 1-2 dəq.-dən  artıq davam etmir. Bu,  məşq  sançılar və ya Brekston-Hiks yığılmasıdır.
Hipertonusun səbəbləri
Uşaqlığın tonusunun müvəqqəti olaraq artmasına səbəb aşağıdakı  güclü qıcıqlandırıcılar ola bilər:
Yüksək fiziki yüklənmə;
Emosional stress;
Orqanizmin susuzlaşması;
Kürsü üzərində  ginekoloji baxış;
USM və s.
Hipertonusun hamiləlik üçün təhlükəsi
Uşaqlığın hipertonusu  çox vaxt yanlış olaraq  "hamiləliyin sona qədər daşınmaması təhlükəsi” diaqnozu ilə səhv salınır. Bu, bir-birindən asılı olmayaraq   mövcud ola bilən, bəzən də bir arada mövcud ola bilən iki  tamamilə fərqli hallardır.

Hamiləliyin kəsilməsini təhlükəsinin ən əsas meyarı uşaqlıq boynunun vəziyyətidir. O, bir qədər açıq vəziyyətdədirsə,   onda hətta normal tonusda belə  uşaq salmaya və ya erkən doğuşa gətirib çıxara bilər.  Uşaqlıq boynunun bağlı olması  hətta hipertonusda belə  uşaq salmanın qarşısını alır.
Hipertonusu necə müalicə etməli?
Uşaqlığın tonusunun ağrısız olaraq artması  (hətta bir gün ərzində dəfələrlə baş versə belə) nə ananın, nə də uşağın  sağlamlığına  təhlükə kəsb etmir və müalicəyə ehtiyacı yoxdur. Lakin  hamiləliyin kəsilməsi təhlükəsi yarandıqda, təcili tədbirlər görülməlidir.
Uşaq salma təhlükəsinin müalicəsində ən əsası təmkinliyi saxlamaqdır. Genetik səbəblərdən başqa,  uşaq salmaların  əksəriyyəti  ananın  stressi və sinirlərinin gərginliyi üzündən baş verir.  Leksikonunuzdan  "mən çox qorxuram”, "uşağa görə  narahatam”  kimi sözləri çıxarın. Nə qədər az  narahatçılıq keçirsəniz,  nəticələrin  yaxşı olacağına şansınız  da bir o qədər  çox olar.
Nəyin bahasına olursa olsun, tam sakitlik  təmin  olunmalıdır. Əsəbi olduğunuz halda, hətta bir qab noşpanın və ya papaverin olan böyük bir şamın belə heç bir əhəmiyyəti olmayacaqdır.
Əgər Sizin üçün belə  rahatdırsa,  xəstəxanaya gedin.  Qadınların əksəriyyəti ev şəraitində  özləri üçün tam sakitliyi təmin edə bilmirlər.
Həkimin bütün göstərişlərinə əməl edin və əmin olun ki, hər şey normal  olacaqdır.
Uşaqlıq boynunun açılmasının qarşısını almaq üçün həkimlər Sizə, məsələn, klipləşdirmə və ya  uşaqlıq boynunun tikilməsi kimi  başqa müalicə  üsulları da təklif edə bilərlər. Onların rəylərinə diqqətlə qulaq asın və özünüzə necə  rahatdırsa,  elə  də  hərəkət edin.
Faydalı məsləhətlər
Hipertonusdurmu bu, yoxsa   hamiləliyin kəsilməsi təhlükəsidir- diaqnozdan asılı olmayaraq, istənilən halda orqanizmi boşaltma bacarıqlarına yiylənmək lazımdır. Bunu özünüz də kitablardan, videolardan öyrənə bilərsiniz, lakin daha yaxşısı  kurslara yazılmaqdır. Bir dəfə öyrəndikdən sonra hər zaman qarnınızın alt hissəsində dartıcı ağrı hiss etdikdə, bu boşaltma üsullarından istifadə edin. Kifayət qədər uzun müddət məşğul olduqda, doğuş vaxtına yaxın  boşaltma artıq Sizin  gərginliyə qarşı instinktiv reaksiyanız olacaqdır. Bu, həm uşağı daşımağa, həm də narkozsuz və cırılmasız doğmağa imkan verəcəkdir.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 4 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri