Hamiləlikdən əvvəl və sonra fol turşusu

Müəllif: NoName
Şərhlər: 10
Baxılıb: 1181
Paylaş:
Səs ver:
(səs: 0)
Fol turşusu və ya vitamin B9 – DNT-nin yaranması və sizin gələcək uşağınızın sinir sisteminin normal inkişafı üçün lazım olan maddədir. Əgər siz fol turşusunu hamiləlikdən bir ay əvvəl, həmçinin hamiləliyin ilk 12 həftəlik müddəti ərzində qəbul etsəniz, siz uşağın onurğa və baş beyin anomaliyaları ilə doğulma riskini 50-70% azalda biləcəksiniz. Bütün hamilə qadınlara, həmçinin hamiləliyə yenicə hazırlaşmağa qadınlara, müntəzəm şəkildə fol turşusunu qəbul etmək tövsiyə edilir.
Hamilələr üçün nə qədər fol turşusu lazımdır?
Ekspertlər gün ərzində 400 mkq fol turşusunu uşağın mayalanmasından 1-3 ay əvvəl və hamiləliyin ilk 12 həftəsi ərzində qəbul etməyi məsləhət görürlər.
Əgər siz gələcək analar üçün multivitaminlər qəbul edirsinizsə, əmin olun ki, onların tərkibində kifayət qədər fol turşusu vardır.
Bəzi mənbələrdə siz məlumat tapa bilərsiniz ki, hamilə qadına gün ərzində 600-800 mkq fol turşusu lazımdır. Mütəxəssislərin fikirləri fərqlənə bilər, buna görə də, fol turşusunun dozasını öz həkiminizlə əlavə olaraq müzakirə etməyiniz daha yaxşı olar.
Fol turşusu hansı məhsulların tərkibində vardır?
Fol turşusu mərcimək, ispanaq, ağ kələm, brokolli, sitrus meyvələri, sitrus şirələri, çiyələk, kivi və bir sıra digər məhsulların tərkibində vardır.
Fol turşusunun həblərini təbii məhsullarla əvəz etmək olarmı?
Tədqiqatlar göstərir ki, həblərdə olan süni fol turşusu qida məhsullarından alınan fol turşusundan qat-qat daha yaxşı mənimsənilir. Məhz buna görə, siz qidanızda fol turşusu ilə zəngin olan bir çox məhsullardan istifadə etsənizdə, bu həb formasında olan vitaminin qəbulundan imtina etmək üçün tutarlı səbəb sayıla bilməz.
Dozadan artıq miqdarda fol turşusu qəbul etmək olarmı?
Fol turşusunun dozasını təsadüfən aşmaq ehtimalı (səhvən) praktiki olaraq istisna edilir. Bu onunla bağlıdır ki, fol turşusu – suda həll olunan vitamindir və orqanizmdə həddindən artıq olduqda, sidiklə xaric edilir.
Bununla belə, elə hallar olmuşdur ki, fol turşusunun uzun müddətli 15000 mkq dozasında qəbulu zamanı (hamilənin gündəlik tələbatından 37 dəfə çox) sinir sisteminin zədələnməsinə gətirib çıxarmışdır.
Hamilələr üçün bir çox həb və multivitaminlərin tərkibində fol turşusunun 800-1000 mkq dozası (gündəlik normadan 2 dəfə çox) vardır. Bu vitaminlərin mütəmadi qəbulu dozanı aşmağa gətirib çıxara bilməz. Əgər siz təsadüfən fol turşusunu günə 1 həbdən çox qəbul etmisinizsə - bu qorxulu deyil və sizin gələcək uşağınıza zərər yetirməyəcəkdir.
Həkim nə üçün mənə fol turşusunun böyük dozasını təyin etmişdir?

Ginekoloq fol turşusunun daha böyük dozasını aşağıdakı hallarda təyin edə bilər:
Əgər siz keçmişdə artıq sinir sisteminin qüsurları ilə uşaq dünyaya gətirmisinizsə
Əgər sizdə artıq çəki varsa
Əgər siz epilepsiyaya (qıcolma əleyhinə) qarşı dərmanlar qəbul edirsinizsə
Əgər qan analizi orqanizmdə fol turşusunun çatışmazlığı ilə əlaqəli anemiyanın olmasını göstərmişdirsə.
Belə hallarda fol turşusunun dozası günə 4-5 min mkq-a (təyin olunmuş 400 mkq əvəzinə) qədər çata bilər. Bu halda dozanı aşmaq ehtimalı praktiki olaraq istisna edilir.

loading...
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 1181
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Menim balam
men maqne b6 atmişam
3 avqust 2015 03:03
10
Offline
YusLam
Hal hazirda qebul edirem mende hamilelikden once meslehet edib hekim insallah sebeb duser
3 avqust 2015 01:57
9
Offline
Catwoman666
Fol turşusunun nə olduğunu hal-hazırda öyrəndim (bu xəbəri oxuyub öyrəndim, yəni).

Faydalı maddə olduğuna görə qəbul etmək lazımdır.

...666...
1 avqust 2015 19:38
8
Viking
Offline
BARBI
Hamilelik evveli ve sonrasi fol tursusu mutleq qebul edilmelidir. Fol tursusunun eskikliyi usaqlarda bir cox fesadlar ortaya cixarir
31 iyul 2015 20:33
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
14MsM
men hamile vaxti icmiwem cox wukur herwey qaydasinda olub
31 iyul 2015 19:52
6
Offline
vipbetul
hamile xanimlar fikir versunler

hamile xanimlar fikir versunler
31 iyul 2015 19:02
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lelos
Lazimli meslehetlerdi tesekkurler
31 iyul 2015 18:47
4
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Tomris Müslümova
Bu haqda bir insannan eşitmişdim çox faydalıdı deyilənə görə
31 iyul 2015 18:29
3

Sən sadəcə mənimsən...!
Offline
WiRiN BaLaM
bURDA YAZILANLARDAN BEZİLERİNDEN YARARLANMIŞAM HAMİLƏ VAXTI LAZIMLI MƏSLƏHƏTLƏRDİR HAMİLƏ XANIMLAR ÜÇÜN.
31 iyul 2015 18:05
2
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
ALESSANDRA
Hamilə xanimlar üçün əla məsləhətlərdir...
tsk
31 iyul 2015 18:00
1
Don't trust anyone ∆

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv