Hamiləliyin planlaşdırılması zamanı analizlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 759
Səs ver:
(səs: 1)
Hamiləliyin planlaşdırılması zamanı analizlər
Hamiləliyi planlaşdırmaq ciddi lazımdır, çünki mayalanmadan əvvəl qadın və onun partnyoru sağlam olmalıdır. Əgər gələcək anada ginekoloji problemlər və ya başqa xroniki (böyrək, ürək, qalxanvari vəz və başqa) xəstəliklər varsa.
 
Hamiləlik vaxtı hansı analizlərvermək lazımdır?
Hamiləliyin planlaşdırılmasından əvvəl əsas analizlər
Hamiləliyin planlaşdırılması zamanı hər bir cütlük üçün lazım olan analizlər fərqlənir. İlk növbədə əsas müayinəni keçmək lazımdır. Xəstəliklərin olduğu və ya hamiləliyin bir il ərzində olmadığı zaman isə kişi və qadın daha geniş kurs keçirlər.
Bir qayda olaraq, onlar əvvəlcə aşağıdakı analizləri verirlər:
floradan yaxma;
qanın ümumi, biokimyəvi analizi;
sidiyin ümumi analizi;
PZR-müayinəsi üçün uşaqlıq boyunundan nümunə ;
nümunənin sitologiyası;
qalxanvari vəzin hormonları;
süd və qalxanvari vəzlərinin, kiçik çanaq orqanlarının USM-i.
Hamiləliyin planlaşdırılması zamanı infeksiyaların olduğuna dair analizlər
Viruslara və infeksiyalara qarşı anticisimlərin təyin edilməsi — həmçinin hamiləliyin planlaşdırılması zamanı qadınlar üçün əsas analizlərdir.
Onlara aşağıdakı analizlər aiddir:
toksoplazmozaya, herpesə, məxmərəyə, sitomeqalovirusa və insanın papillomavirusuna qarşı anticisimlər;
İİV, sifilis, qonokoklar, mikoplazmalar, qardnerelar və başqaları;
bağırsaq çubuğu, stafilokok;
qanın laxtalanması.
Qadında infeksiyalar aşkar edildiyi halda, onu və onun partnyorunu onlardan müalicə etmək lazımdır və yalnız bundan sonra planlaşdırmaya başlamaq olar. Cinsi infeksiyalar yoluxucudurlar və onlar körpəyə ötürülürlər, bu isə ona neqativ təsir edir. Toksoplazmoz, məxmərək və sitomeqalovirus dölün sağlamlığı üçün çox təhlükəlidir.
Toksoplazmoz bir parazitar xəstəlikdir. Gələcək uşaqda ilkin yoluxma baş verdikdə inkişaf qüsurları əmələ gələ bilər. Buna görə də həkimlər 24 həftəyə qədər olan müddətdə hamiləliyin dayandırılmasına təkid edirlər. Beləliklə, Toxoplasma Gondii-də hamiləliyin planlaşdırılması zamanı analizlər IgM (xəstəliyin kəskin mərhələsi) və IgG (qadın keçmişdə toksoplazmoz xəstəliyini keçirib) anticisimlərinin aşkarlanması üçün lazımdır. Anticisimlərin aşkarlanmadığı halda, qadına ehtiyat tədbirlərinə riayət etmək göstərişi verilir.
Məxmərəyə görə hamiləliyin erkən müddətində ağır patologiyalar yarana bilər. Buna görə də, məxmərə ilə yoluxma aborta göstəriş ilə nəticələnir. Məxmərəyə qarşı xüsusi immunitet, 20 il ərzində təsir göstərən vaksinləmə sayəsində yaranır. Sitomeqalovirusla yoluxma nəticəsində döl həlak ola bilər və ya anadangəlmə sitomeqaliya ilə inkişaf edə bilər. Lakin, hamilənin virus daşıyıcısı olması ciddi nəticələrə gətirib çıxarmır.
Hamiləliyin planlaşdırılması zamanı əlavə analizlər
Hamiləliyin planlaşdırılmasından əvvəl yerdə qalan analizlər anamnezdə qeyri-müntəzəm menstruasiya dövrü, mayalanma ilə problemləri, abortları və uşaqsalmaları olan qadınlara təyin edilir. Bu halda cinsi hormonlarla bağlı qan verirlər, uşaqlıq borularının keçirilmə qabiliyyətini yoxlanılır. Endokrinoloq böyrəküstü vəzilərin, qalxanvari vəzin və başqa orqanların müayinəsinə göndərə bilər. Sonsuzluq və ya hamiləliyin pozulması zamanı antikoaqulyantın, TPO-anticisimlərin, xorionik qonadotropinə, fosfolipidlərə qarşı anticisimlərin və s. aşkarlanması üçün analizlər təyin oluna bilər.
Bundan başqa, hamiləliyin planlaşdırılması zamanı immunoloji müayinənin keçirilməsi tövsiyə edilir. Ondan sonra, peyvəndlərə ehtiyacın olub olmaması məsələsi həll edilir. Onlara, məsələn, qadında məxmərəyə qarşı anticisimlər tapılmadığı halda ehtiyac duyulur. Belə ki, onu mütləq hamiləlikdən ən azı üç ay əvvəl etmək lazımdır. Unutmamalıyıq ki, məxmərəyə yoluxduqda uşaqda inkişaf qüsurları yaranır. Bəzi mütəxəssislər deyirlər ki, hepatit B-yə qarşı da peyvənd etmək məqsədəuyğundur. Həmçinin, tetanusa (stolbnyaka) və difteriyaya qarşı qabaqlayıcı vaksinləmələr tövsiyə edilir. Bəzi hallarda qripə qarşı peyvənd də lazım ola bilər.
Hamiləliyin planlaşdırılması zamanı kişilər üçün analizlər
Bir qayda olaraq, məhz gələcək ana mayalanmadan əvvəl analizlər verir. Lakin, bütün mütəxəssislər bəyan edir ki, onlar kişilər üçündə vacibdir. Beləliklə, həkimdən əvvəlcədən maraqlanmaq vacibdir ki, hamiləliyin planlaşdırılması zamanı kişilər üçün hansı analizlər lazım gələcək?
Mütləq siyahıya aşağıdakılar daxildir:
İİV-ə, sifilisə, hepatitə görə qan analizi;
Cinsi infeksiyalarla bağlı analiz;
flüoroqrafiya;
rezus-faktor üçün qan verilməsi.
Əgər kişi amilinə görə sonsuzluğa şübhə varsa, bəzi hallarda spermoqrammaya ehtiyac duyula bilər. Bundan başqa, cinsi orqanların ultrasəs müayinəsi, hormonlarla bağlı analiz və həkimin anamnez əsasında təklif edəcəyi digər müayinələr təyin edilə bilər. Bəzən cütlüyə genetik ilə konsultasiya təyin edilir.
Ginekoloq sizə lazım olan analizləri məsləhət görəcək.
Hamiləlik dövründə gələcək ana və atanın xroniki xəstəlikləri dölün sağlamlığına neqativ təsir göstərə bilər. Buna görə də, xəstəlikləri mayalanmadan öncə müalicə etmək üçün onları planlaşdırma mərhələsində aşkar etmək vacibdir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri