Hamiləlik zamanı mədə şikayətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 001
Səs ver:
(səs: 1)
Bulantı, qusma və mədə şikayətləri ana namizədlərinin, xüsusilə hamiləliyin ilk dövrlərində tez-tez yaşadığı problemlərin başında gəlməkdədir. Bu müddətdə hər cür yemək, qoxu və bir çox səbəb olaraq hamilənin yediklərini qusması ilə nəticələnir. Ancaq hamiləliyin bu çirkin ərköyünlüyü ilə başa çıxmaq üçün bəzi tədbirlərin edilməyi kifayətdir.

Yüngül səhər bulantıları normaldır.
Hamiləlikdə ürəkbulanma, qusma və çox zaman da mədədə yanma ilə reflyuks ən sıx görülən şikayətlərdir. Bulantı və qusma aybaşı gecikməsindən sonra görülən ən tez əlamətdir və hamilələrin təxminən 60-80 faizində görülür. Yüngül səhər bulantısı isə bütün hamilələrdə ola bilər. Bulantılar, ümumiyyətlə, 5-6-cı həftələrdə başlayır, 8-ci həftədə yüksələrək 14-16-cı həftəyə qədər azalır, bəzən də doğuşa qədər davam edə bilər.
Hamiləlikdə "Hiperemezis gravidarum" olaraq adlandırılan 0,5-1 faiz görülən bulanma və qusmaların daha ağır yaşandığı hallar da olur. Çəki itkisinə yol açacaq səviyyədə bulanma və qusma, həddindən artıq elektrolit maye itkisi, bəzən də qaraciyər və böyrək çatışmazlığına qədər gedən bir problem olur. Bu vəziyyətlərdə hamilə şəxs xəstəxanada yataraq müalicə edilə bilər.

Siqaret, ağır ətir və qızartma yemək qoxusundan uzaq durun.
Bulantı və qusmanın səbəbi bir deyil. Bu səbəblərdən çoxu heç bilinmir. Səbəblrə sırasında hamiləlik hormonları (estrogen, progestoron), trioidin çox çalışması, mədə-bağırsaq traktının narahatlıqları (xora, özofajitlər), psixoloji və genetik səbəblər başlıca səbəblər arasındadır. Siqaret, ətir, qəhvə, neft məhsulları və qızartma kimi qoxular da ən əhəmiyyətli problemlərdəndir. Bu səbəbə ana namizədləri siqaret çəkilən mühitdə olmamalı, onların həyat yoldaşları və ətrafındakılar da bu övrdə siqaretdən uzaq durmalıdırlar.

Mədə şikayətlərindən xilas olmaq üçün həyat tərzinizi dəyişin.
Mədə yanması və reflyuks şikayətləri hamiləlikdə ortalama 30-50 faiz nisbətində olur. Erkən dövrdən başlayaraq doğuşa qədər gedərək artar və doğuşdan sonra düzələr. Təqib edilən hamiləlikdə təkrarlanma meylindədir. Bu vəziyyət hamiləlikdə ortaya çıxan hormonal və fizioloji dəyişikliklərdən qaynaqlanır. Hamiləlikdən əvvəl mədə şikayəti olan xəstələrdə bu hallar daha çox görülür. Hamiləlikdə həm hormonların təsiriylə mədə boşalması yavaşlayır, həm də döl böyüdükcə mədəni yuxarı doğru itələyir. Həzm çətinləşir və eyni zamanda mədə və yemək borusu arasındakı təzyiq azalıb tərsinə dönüncə yeməklər yemək borusuna qaçar və təxərrüş edər. Belə vəziyyətlərdə həyat tərzi dəyişiklikləri ilə reflyuks və mədə yanmasının azadılması mümkündür.
Hamiləlikdə bulanma-qusmanın qarşısını almaq üçün qoxular qıcıqlandırıcı olduğu üçün mətbəxdən uzaq dayanmaq lazımdır; quru, yağsız, duzlu qidalar yeyilməlidir. Səhərlər duzlu peçenye də yeyilə bilər. Tez-tez, az-az yeməli və pay sayı 6-ya çıxarılmalıdır, limonlu su da faydalı ola bilər. Ədviyyatlı yeməklərdən uzaq dayanılmalıdır. Spirt, siqaret, hazır meyvə suları və digər turçulu yeməklərdən uzaq durulmalıdır.
Yatmazdan ən azı 2 saat əvvəl qidalanma dayandırılmalıdır. Zəncəfil bulantıya xeyirlidir. Zəncəfil çayı içmək doğru bir seçim olacaq.
Bu dövrdə vacib olmadıqca dərman içilməməlidir. Dəmir və vitamin dərmanları mədə şikayətlərinə səbəb ola bilər.
Həddindən artıq bulanma və qusmaların qarşısını almaq üçün B vitaminindən istifadə edilə bilər. Hiperemezis gravidarum kimi vəziyyətlərdə də ağız yolu ilə qidalanma buraxılıb serum müalicəsi lazım ola bilər.
Mədə yanmaları və reflyuksun qarşısını almaq üçün hamilələr həddindən artıq kökəlməkdən qaçınmalı, yatağın başını yüksəltməməli, yeməkdən dərhal sonra uzanılmalı və ani olaraq qabağa əyilməməli, həddindən artıq isti qidalardan uzaq durmalı, yemək aralarında bol su içməli, sıxan geyimlər dən uzaq durmalıdır.
Reflyuks həyat keyfiyyətini, yuxu nizamını pozursa və qidalanmanıza maneə törədirsə, müalicə edilməlidir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 001
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri