Hamiləlik pəhrizində liflər

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 1 895
Səs ver:
(səs: 1)
Lif, kəpək - necə adlandırdığınızdan asılı olmayaraq, sizin həzm sisteminizi sağlam saxlayır və hamiləlik dövründə sizin üçün əhəmiyyətlidir. Körpəniz böyüdükcə, o sizin daxilinizdə təzyiq yarada bilər və bu da, sizin özünüzü narahat hiss etmənizə və bəzən qəbizliyə səbəb ola bilər.  Buna görə də, həzm sisteminizi sağlam saxlamaq üçün hər gün yüksək lifli qidaları seçin.

Lif haqqında düşündüyünüz zaman. meyvə, tərəvəzləri və qəhvəyi qidaları nəzərdə saxlayın – yəni, kəpəkli çörək, qəhvəyi düyü və ələnməmiş undan olan makaron və bişmiş qabıqlı kartoflar. Bu qidalar sizin daha uzun müddət tox qalmanızı və daxili orqanlarınızın düzgün fəaliyyətini təmin edən çoxlu lif təşkil edirlər.

Hamiləlikdə sağlam səhər yeməyi
Yulaf zəngin lif mənbəyidir və sizi nahara qədər tox saxlaya bilər. Buna görə də, səhər yeməyi üçün üzərində moruq əlavəsi olan bir kasa yulaf yeməyi nəzərdə tutun. Ləzzətlidir! Yəqin doğranmış bananla bəzədilmiş yüksək lifli sıyıq da yaxşı olardı. Lifi artırmaq üçün bir ovuc cövüz də əlavə edin.

Hamiləlik üçün nahar ideyaları.
Nahar vaxtı gələndə lif səviyyəsinin çox olması üçün cövüzlü, kəpəkli çörəkləri ağ çörəkdən daha çox istifadə edin.  Sendviçinizə və ya onun yanına çoxlu salat tərəvəzləri əlavə edin – bu lif qəbulunuzu artırmaq üçün rəngarəng üsuldur. Siz, həmçinin, küncüt toxumu səpilmiş, buxarda bişirilən tərəvəz və qəhvəyi düyüdən isti nahar hazırlaya bilərsiniz.

Hamilə qadınlar üçün axşam yeməyi ideyaları
Axşam yeməyinə gəldikdə, qəhvəyi düyüyə və makarona keçin və ya qabığı ilə birlikdə bişmiş kartof yeyin və əlbəttə ki, boşqabınızın yarısını gündəlik əsas vitaminlər və minerallar üçün rəngarəng tərəvəzlərlə doldurun. Əgər axşam yeməyinin yanında salat hazırlayırsınızsa, siz pəhrizinizdə kifayət qədər sağlam lif miqdarı qəbul etdiyinizi təmin edə bilərsiniz.

Yadınızda saxlayın ki, lif və maye bir-biri ilə yaxşı uzlaşır, buna görə də lifin effektiv təsir göstərməsi üçün hər gün 8 stəkan su için - faydasını hiss edəcəksiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 895
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri