Müxtəlif doğum növləri hansılardır?

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 3 878
Səs ver:
(səs: 2)
Sizin doğum seçiminiz
Üçüncü trimesterinizə çatdığınız zaman, siz təbii doğum yoxsa qeysəriyyə əməliyyatı ilə doğum etməyin yaxşı olduğu haqqında həkiminiz və ya mamaçanızla məsləhətləşməli olacaqsınız. Əgər, hətta, təbii doğum seçsəniz belə, bəzən tibbi səbəblərə görə qeysəriyyə əməliyyatı ilə doğum lazım olur. Biz burada bu doğumların hər ikisi haqqında bəhs edəcəyik.

Təbii doğum və qeysəriyyə əməliyyatı ilə doğum
Əgər sağlam, çətinliksiz hamiləliyiniz olubsa. Sizin səhiyyə işçiniz ya evdə ya da xəstəxanada mamaça ilə təbii doğum etməyinizi təklif edəcək.

Aşağıdakılar daxil olmaqla, təbii doğumun bir çox faydaları var:

Siz daha tez sağalacaqsınız, bu da öz növbəsində ana südü ilə qidalanmaya​ və körpənizə bağlanmağınıza kömək edir.
Əgər siz təbii uşaqlıq yolu ilə doğumu (dərman istifadə etmədən) seçsəniz, sizin köməksiz doğum etmək üçün daha çox gücünüz olacaq və körpəniz doğuşdan sonra daha ayıq olacaq.
Əgər gələcəkdə daha çox uşağınız olsa, siz uşaqlıq yolu ilə doğmağı bacaracaqsınız.
Bu sizin körpənizin immun sisteminin güclənməsinə imkan yaradır.
Bu daha ucuzdur və cərrah və anestezioloqa heç bir ödəniş edilmir.

Lakin, sizin səylərinizə baxmayaraq, ya ananın ya da uşağın sağlamlığı səbəbindən uşaqlıq yolu ilə doğum mümkün olmaya bilər, buna görə də, sərbəst qalmaq və alternativ doğum planı saxlamaq əhəmiyyətlidir. Əsas məqsəd ana və körpə üçün sağlam doğumdur.

Qeysəriyyə əməliyyatı ilə doğum nədir?
Qeysəriyyə əməliyyatı ilə doğumda, körpəniz göbəyinizin aşağısında edilən kəsimdən götürülür. Sizə epidural adlanan, adətən tətbiq olunan belinizdən aşağı doğru keyidici anesteziya veriləcək. Bu sizə körpənizlə doğulan kimi birlikdə olmağınız üçün doğum ərzində oyaq qalmağa imkan yaradır. Yarıq uşaqlığın daxilinə edilir ki, körpə çıxarıla bilsin. Ümumi prosedurun 45 dəqiqə çəkməsinə baxmayaraq, doğum özü 5 dəqiqə vaxt aparır.

Qeysəriyyə yerinin sağalması
Əgər Qeysəriyyə üsulu ilə doğum etmisinizsə, siz böyük ehtimal əməliyyatdan sonra xəstəxanada bir həftə müddətində qalacaqsınız. Bu həkimlərin sizin düzgün sağaldığınızı və heç bir ağırlaşma olmadığını təmin etmək üçündür. Sizə hər hansı bir narahatlıq üçün ağrıkəsicilər veriləcək və sizin mümkün olduğu qədər tez ayağa qalxıb və hərəkət etməyiniz təşviq ediləcək. Bu qan dövranını artırır və bununla da bədəninizin daha tez sağalmasına kömək edir. Bir neçə gündən sonra tikişləriniz götürüləcək. Bikini xəttinin yanında qeysəriyyə kəsiyinin izi olmasına baxmayaraq, vaxt keçdikcə bu daha az nəzərə çarpan olacaq.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 878
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri