Ürək xəstəliyi olan hamilələrin diqqətinə!

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 708
Səs ver:
(səs: 1)
Hamiləlik zamanı ürək xəstəliyi həm uşaq, həm də ana üçün əhəmiyyət daşıyır. Sağlam yaşamaq üçün ilk növbədə ürək xəstəliklərindən qorunmaq lazımdır. Lakin hamiləlik vaxtı söhbət həm ana, həm də uşağın sağlamlığından gedirsə, görüləcək tədbirlər iki qat artırılmalıdır.

Hamiləlik zamanı ürək sağlamlığı iki qrupa bölünür. Birincisi, əvvəldən ürək xəstəliyi olduğunu bilənlər, ikincisi, ailəsində ürək xəstəliyi və şəkəri olan artıq çəkili xanımlardır.

Ailənizdə infarkt riski olan varsa, diqqətli davranın

Ailəsində gənc yaşlarda infarktdan ölən, yüksək təzyiq, böyrək xəstəliyi olan varsa, hamiləlikdən əvvəl və sonra ürək müayinəsindən keçməlidirlər.

Hamiləlik zamanı yüksək təzyiq davamlı ola bilər
Hamiləlik zamanı önəmli risklərdən biri də yüksək təzyiqdir. Hamilələr üçün 140/90-a yüksək təzyiq hesab edilir. Əvvəlcədən yüksək təzyiqi olan, lakin həmiləliyi normal davam edənlər kimi, heç vaxt yüksək təzyiqi olmayan, lakin hamiləliyin 20-ci həftəsində bu problemlə qarşılaşanlar da var. Bununla yanaşı, böyrəklərdə protein itkisi varsa, uşaq və ana üçün risk başlayır. Dolayısı ilə hamiləlik zamanı təzyiqi izləmək çox önəmlidir. Hamilələrin çoxunda yüksək təzyiq davamlı olur, bir qismində isə doğumdan 4-6 həftə sonra normala qayıdır. Ana olmağa hazırlaşan qadının ayaq və əllərində şişkinlik, baş ağrısı, görmədə bulanıqlıq və yaddaşda dəyişiklik varsa, hamiləlik təzyiqindən şübhələnməlidirlər.

Ürəyinizin ritmində pozğunluq varsa, laqeyd yanaşmayın
Hamiləlik zamanı önəmli sağlamlıq problemlərindən biri də ritm pozğunluğudur. Ritm pozğunluğu olanlar, olmayanlar və ya bu problemi hamiləlik zamanı ortaya çıxan qadınlar var. Bunların keçici olacağını düşünənlər də az deyil. Bunun müalicəsi diaqnoza əsasən təyin edilir. Ürəkdə ritm pozğunluğu varsa, müalicəsi ikinci trimestrdən sonrası aparılır. Yüksək təzyiq üçün də müalicə bu cür aparılır. Bu zaman tətbiq edilən dərmanlar güvənlidir və uşağa heç bir ziyanı dəymir.

Qadınların çoxu ürək qapağı xəstəliyi olduğunu bilmir
Doğuşdan deyil, sonradan revmatimzlə birlikdə yaranan ürək qapağı xəstəlikləri vardır. Ürək müayinəsindən keçməyən bir çox qadınların bu xəstəliklərindən xəbəri olmur. Ürəyində yırtıq olan qadınların çoxu daha çox hamiləlik zamanı bundan xəbər tutur. Təkcə hamilələr deyil, nəfəs alan zaman çətinlik çəkən və güclü ürək döyünmə hiss edənlər də həkimə müraciət etməlidirlər.

Hormonal dəyişikliklər sağlamlıq problemlərini üzə çıxarır
Hamiləlik zamanı damar sərtliyi riski də artır. Doğuş və ya hamiləlik zamanı həyatı əhəmiyyət daşıyan ana damar yırtılmalarına da rast gəlinir. Ailəsində yüksək xolesterol və damar sərtliyi olanlar, siqaret çəkənlər, 40 yaşdan sonra və süni mayalanma ilə hamilə qalanlar, eləcə də artıq çəkisi olan hamilə qadınlar mütləq həkimə müraciət etməlidirlər. Hamiləlik zamanı həyatınızdakı nizam pozğunluğu ilə bərabər xolestrol yüksəlir, qan dövranı yavaşıyır və damarlarda olan problemlər daha da aşkara çıxır.

Yüksək riskli hamiləlik
Ürək xəstəliyi olan hamilələr zəif, orta və yüksək olmaqla 3 risk qrupuna bölünürlər. Zəif risk qrupuna daxil olanların hamiləliyi ilk dönəmlərdə izlənməyə başlanmalıdır və 6-cı ayda daha bir yoxlanış olmalıdır. Orta risk qrupuna daxil olan hamilələr də nəzarətdə olmalıdır. Onlara normal doğuşa icazə verilə bilər.

Yüksək risk qrupuna ürəyində dəlik olan hamilələr daxildir. Bu zaman ana və uşağın ölüm təhlükəsinin olduğu ailə üzvlərinə bildirilməlidir. Onların hamiləliyi ilk gündən sonadək həkim nəzarəti altında keçməlidir.

Ürək dərmanlarını həkim məsləhəti olmadan təxirə salmaq olmaz. Ürəyində problem olan qadınlar hamilə qaldıqdan sonra bəzi dərmanları həkim məsləhəti ilə təxirə salmalıdırlar. Bu dərmanları hamiləlik zamanı qəbul edən qadınlar uşaq salma riski ilə üzləşə bilərlər. Bəzi qadınlarsa həkim məsləhəti olmadan dərmanları təxirə salır. Bu, onlarda iflic olma riski yarada bilər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri