Erkən doğuş əlamətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 14 504
Səs ver:
(səs: 0)
Doğuş tarixinə yaxınlaşdıqca, uşaqlıq hərdən sıxılır. Bunlar adətən Braxton Hicks adlandırılan sıxılmalar olur. Lakin bəzi qadınlarda erkən doğuş sıxılmaları da olur. Bu sıxılmaların hansı sıxılma olduğunu necə təyin etməli? Erkən doğuş ağrıları haqqında ətraflı oxuyun.
Güman edirik eşitmisiniz ki, doğuşa yaxınlaşdıqca uşaqlıq böyüyür, dartılır və doğuş məşqləri edir. Buna görə də hərdən sıxılma və boşalma hərəkətləri edir. Bu sıxılma və boşalma məşqləri Braxton-Hicks sıxılmaları adlandırılır və onlar çox normaldır.  

Lakin hamilə qadınların təqribən 10 faizində erkən doğuş sıxılmaları olur. Braxton-Hicks sıxılmalarından fərqli olaraq, erkən doğuş sıxılmaları həqiqi sıxılmalardır. Onlar uşağın doğulmasından əvvəl doğuş sancılarının başladığını bildirir.  

Sıxılmaların Braxton-Hicks yoxsa erkən doğuş sıxılması olduğunu necə bilmək olar? Fərq adətən tezlikdə, intensivlikdə və müddətdədir. Nələrə diqqət yetirmək lazımdır:

Braxton-Hicks Sıxılmaları
Erkən Doğuş Sıxılmaları
Erkən Doğuş Sancılarının Dayandırılması
Erkən Doğuş Sancılarının Qarşısının Alınması  

Braxton-Hicks Sıxılmaları
Braxton-Hicks sıxılmalarını üçüncü trimesterdə hiss etməyə başlayacaqsınız. Onlar uşaqlığın yumrulanmaq şəklində ümumi yığılması və ya sanki uşağın yumalanması şəklində hiss olunur. Sıxılmalar adətən ağrılı olmur və demək olar ki, bir saatdan sonra dayanır. Baxmayaraq ki, bütün qadınlarda Braxton-Hicks sıxılmaları olur, xüsusən birinci uşaqda onların heç də hamısı bunu hiss etmir. Buna görə də, sıxılmaları hiss etməsəniz, narahat olmayın.

Erkən Doğuş Sıxılmaları
Erkən doğuş sıxılmaları hamiləliyin 20 – 37-ci həftələri arasında istənilən vaxt baş verə bilər. Onlar dayanmır, gedərək sıxlaşır, stabil olaraq baş verir və zamanla daha çox narahatlıq verir.

Erkən doğuş sancılarının digər əlamətləri:
Menstruasiya sancılarına oxşar sancılar
Çanaq, oma və ya qasıqda təzyiq və ya ağrı hissi
Küt, az bel ağrıları və ya əks təzyiq
Nazik bağırsaq sancıları və ya ishal
İntensiv vaginal axıntı
Vaginadan sulu axıntı, çəhrayı yaxud qəhvəyi rəngə çalan axıntı və ya qan axması

Bu simptomlardan hər hansı birini və ya saatda dörddən artıq sıxılma müşahidə etsəniz, dərhal həkiminizə müraciət edin. Sizi müayinə üçün çağıra bilərlər və ya həkiminiz sıxılmaların vaxtını ölçməyi tələb edə bilər. Sıxılmaları və boşalmaları hiss etmək üçün barmaq uclarınızı yüngülcə qrnınıza toxundurun.

Erkən Doğuş Sancılarının Dayandırılması
Erkən doğuş sancıları başlayarsa, həkiminiz onu dayandırmaq üçün yollar təklif edəcəkdir. Həkim sizə evdə sol tərəfi üstə uzanaraq dincəlmək tövsiyə edə bilər, bu, uşaqlıqda qan dövranını yaxşılaşdıracaqdır. Həmçinin sıxılmalara səbəb olan hormonların ifrazını dayandırmaq üçün çoxlu maye qəbul etməyiniz tələb edilə bilər. Bundan əlavə, həkiminiz sıxılmaları dayandırmaq üçün dərmanlar yaza bilər. Adətən bu addımların hamısı birlikdə erkən doğuş sancılarını dayandıracaqdır.

Sıxılmalar davam edərsə, həkim nəzarətində olmaq üçün xəstəxanada yatmalı ola bilərsiniz.

Erkən doğuş sancılarını dayandırmaq mümkün olmasa və körpə doğulsa, bu,erkən doğuş sayılır. Uşaq vaxtından əvvəl doğulsa, ölçüsü çox kiçik ola bilər və tənəffüs, yemək, temperatura normal səviyyədə saxlamaqda və orqanların inkişafında çətinliklər ola bilər. Erkən doğulan körpəyə Neonatal İntensiv Qulluq Bölməsində (NICU) edilir, burada körpənin düzgün inkişafı üçün xüsusi kömək edilir.

Erkən Doğuş Sancılarının Qarşısının Alınması

İlk vaxtlardan erkən doğuş sancılarının qarşısını almaq üçün tədbirlər görə bilərsiniz: 
Uşaqlığı daha da qıcıqlandıran dehidrasiyanın qarşısını almaq üçün bir neçə saatdan bir səkkiz unsiya meyvə şirəsi və ya su için.
Sağlam diyeta saxlayın və hamiləlikdə 25 - 35 funt çəki yığın.
Sidik kanalı infeksiyasına yol verməmək üçün sidik kisəsini boş saxlayın, əks halda erkən doğuş sıxılmaları riski arta bilər.
Sidiyə yaxud böyük bayıra çıxdıqdan sonra həmişə öndən arxaya silin ki, sidik kanalı infeksiyası yoluxmasın.
Pambıq alt paltarları geyinin. Pambıq digər parçalara nisbətən daha yaxşı hava keçirir və bakteriya inkişafı riskini azaldır.
Siqaret çəkməyin, narkotik yaxud spirtli içki qəbul etməyin.
Vaginal əlaqə zamanı prezervativ istifadə edin.
Bir neçə partnyorla cinsi əlaqəyə girməkdən yayının.
Saatda bir dəfə ayaqlarınızı qaldıraraq outrun və ağır əşya qaldırmayın.
Qısa müddət dayanmayan sıxılma hiss etsəniz, fiziki fəaliyyəti dayandırın və dincəlin.
Həyatınızdakı stresi azaltmağa çalışın.

Erkən doğuş sancısı ehtimalı qorxuludur,  lakin əksər qadınlarda ancaq Braxton-Hicks sıxılmaları olur. İndi edəcəyiniz ən yaxşı şey özünüzü qorumaq, hər hansı anormal hal baş verdikdə həkimə müraciət etməkdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 14 504
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri