Hamiləlik zamanı ürək bulanmanın qarşısını alan üsullar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 493
Səs ver:
(səs: 1)
Hamiləliyin ilk aylarında anaların sıx yaşadığı problemlərdən biri mədə bulanması, qusma şikayətləridir. Bu dövrdə hər növ yemək və qoxular qadının mədəsini bulandıra bilər.

Ancaq hamiləlikdə yaşanan bu xoş şikayətlə baş etmək üçün bəzi tədbirlər görmək kifayətdir.

Səhərlər mədənin yüngül bulanması normaldır. Mədə bulanması, qusma və mədədə göynəmə ilə yaşanan reflüks (mədə möhtəviyyatının qida borusuna geri qayıtması və onu zədələməsi) hamiləlikdə sıx görülən mədə şikayətlərindəndir. Bulantı və qusma menstruasiya gecikməsindən sonra görülən ən birinci əlamətdir və hamilələrin 60-80%-də bu əlamətlər görülür. Səhərlər mədənin azca bulanması halları demək olar ki, bütün hamilələrdə yaşanır. Bulanmalar əsasən 5-6-cı həftələrdən başlayır, 8-ci həftədə daha da artaraq 14-16-cı həftəyə qədər azalır, bəzən də doğuşa qədər davam edə bilər.

Çəki azalması və orqan çatışmazlığı kimi acı tablolara qədər gedib çıxa bilər

Hamiləlikdə "hiperemezis gravidarum" olaraq adlandırılan 0.5-1% nisbətində rastlanan ürək bulanma və qusmaların daha ağır nəticələndiyi hallar da olur. Çəki azalması, çox su itkisi, ən ağır hallarda isə qaraciyər və böyrək çatışmazlığına qədər gedə bilən bir problemdir. Belə hallarda həkim müayinəsi mütləqdir.

Siqaret, kəskin qoxulu ətirlər və qızartma yemək qoxularından uzaq durun

Hamiləlik hormonları (esterogen, progesteron), tiroit vəzinin çox çalışması, mədə qastrit problemləri (xora), psixoloji və genetik səbəblər qusmanı törədən başlıca səbəblər arasındadır. Siqaret, ətir, qəhvə, benzin kimi məhsullar və qızartma kimi qoxular da ürək bulanmasına təsir edən amillər sırasında gəlir. Buna görə analar siqaret çəkilən yerlərdən uzaq gəzməli, mümkündürsə, qadının əri də siqaret çəkməyi tərgitməlidir.

Mədə şikayətlərindən xilas olmaq üçün həyat tərzində dəyişikliklər edin

Mədə göynəməsi və reflüks hamiləlikdə 30-50% nisbətində rastlanır. İlkin aylarda başlayaraq doğuşa qədər gedərək artır, doğuşdan sonra düzəlir.
Bu hal hamiləlikdə meydana çıxan fiziki və hormonal dəyişikliklərdən qaynaqlanır. Hamiləlikdən əvvəl mədəsində şikayətlər olan qadınlarda hamiləlik zamanı reflüks problemi daha çox yaşanır. Hamiləlikdə həm hormonların təsir ilə mədə boşalması yavaşlayır, həm də uşaqlıq böyüdükcə mədəni yuxarıya doğru itələyir, həzm çətinləşir. Eyni zamanda mədə və qida borusu arasındakı təzyiq azalıb tərsinə dönüncə yeməklər qida borusuna geri qayıdır və göynəmə yaranır.

Hamiləlikdə ürək bulanmasının qarşısını almaq üçün:
* Mətbəxdən uzaq durun
* Quru, yağsız, duzlu qidalar yeyin
* Səhər duzlu krakerlər yemək məsləhətdir
* Tez-tez, az-az, gündə 6 dəfə yemək lazımdır
* Limonlu su və soda için
* Ədviyyatlı yeməklərdən uzaq durun
* Spirtli içki, siqaret, hazır meyvə suları və digər turş yeməklərdən qaçın
* Yatmadan ən az 2 saat əvvəldən yeməyi tərgidin
* Bulantı olanda zəncəfil çayı için
* Məcburiyyət olmadığı təqdirdə dərman qəbul etməyin. Dəmir və vitamin həbləri mədə şikayətlərinə yol aça bilər.
* Çox ürək bulanma hallarında bulanmanın qarşısını alan və B vitaminli dərmanlar qəbul edin.

Reflüksün qarşısını almaq üçün:
* Çox kökəlməkdən qaçın
* Yastığın başını yüksək edin
* Yeməkdən dərhal sonra uzanmayın
* Yeməkdən sonra ani olaraq əyilməyin
* Çox isti yeməyin
* Yeməklər arası bol su için
* Dar geyimlər geyinməyin

Reflüks şiddətli hal alıbsa, müalicə edilməlidir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 6 493
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri