Hamiləlik zamanı çox rastlanılan şikayətlər

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 365
Səs ver:
(səs: 2)
Ağız suyunun artması ( hipersalivasiya) : Hamiləlikdə hormonların təsiri qadını narahat edəcək şəkildə ağız suyu ifrazına səbəb ola bilir.Bu bəzən qəbul edilən nişastalı qidaların ağız suyu vəzilərinə qıcıqlandırıcı təsiri ilə də bağlı ola bilir.Bu qidaların qəbulunu dayandırmaq şikayətlərin keçməsinə kömək edə bilər.Ümumiyyətlə bu narahatlığı həkim məsləhəti ilə aradan qaldırmağa çalışın.

Mədə bulanması : Hamiləliyin erkən dövrlərində hamiləlik hormonlarının təsiri ilə , xüsusilə sabah vaxtı mədə bulantıları şikyətləri olur.Yataqdan qalxmadan öncə duzlu peçenie yemək, yataqdan yavaş qalxmaq,günlük qidalanmanı ” tez-tez və az-az ” şəklində nizamlamaq ( mədənin dolmaması üçün ) bu şikayətləri azlada bilər.Əgər bu effet vermirsə həkim dərman məsləhət görə bilər.Bulantının və qusmanın gün boyu davam etməsi ,dərman müalicəsinin effektsiz olması, günlük fəaliyyəti əngəlləməsi,çəki itkisi artıq ” hamiləliyin şiddətli bulantısı ” ( Hypermesis Gravidarum) deməkdir.Ümumiyyətlə şiddətli bulantı və qusmalar 2 ci trimestrdə də davam edirsə bu zaman digər xəstəlikləri də araşdırmaq lazımdır ( qaraciyər iltihabı,öd durğunluğu, öd daşı, xora, pnevmoniya, yumurtalıq kistinin boğulması, qalxanvari vəzin hiperfunksiyası ,insulun asılı diabet , beyin şişləri və s)

Mədə yanması : Mədə şirəsinin qida borusuna düşməsi yanmalara səbəb olur.Hamiləliklə bağlı əzələ boşalması mədə-qida borusu sfinkterini zəiflədir.İrəli dövrlərdə isə qarının böyüməsi , mədəni sıxması da bu cür yanğıları artırır.Mədəni çox doldurmamağa diqqət etmək , həddən artıq ədvalı, yağlı qidalardan uzaq durmaq, yeməkdən sonra bir qədər uzanmaq, yatarkən başı və sinəni mədədən daha yüksək səviyyədə tutmaq bu şikayətləri azlada bilər.

Qəbizlik : Hamiləlikdə cox görülən narahatlıqlardan biridir.Hamiləlik hormonları bütün düz əzələlərdə olduğu kimi həzm sistemi əzələlərində boşalamya səbəb olur.Bu boşalma bağırsaq hərəkətlərinin yavaşıması ilə nəticələnir.Hamiləliyin son dövrlərində böyümüş uterus düz bağırsağa təzyiq etməsi də qəbizliyə yol açan səbəblərdəndir.Qəbizlikdən qurtulmaq üçün dərmana başlamazdan öncə edə biləcəyiniz şeylər var : Gündə 2 litr maye qəbul edin, meyvə – tərəvəz, lifli qidalar yeyin və həkiminizin məsləhət bildiyi şəkidə idman edin.

Hemoroid : Hamiləlik dövründə böyüyən uterusun venalara etdiyi təzyiq rektal damarların genəlməsinə, hemoroid adlı şişliklərin yaranmasına gətirib çıxarır.Progesteronun damar əzələlərinə boşaldıcı təsiri də varikozlaşmanı asanlaşdırır.Daha öncədən hemoroid problemi olmayan qadınlarda hamiləlik dövründə bu narahatlıq ortaya çıxa bilər.Hamiləlikdən əvvəl də hemoriddən əziyyət çəkənlərdə isə bu narahatlıq daha qabarıq şəkildə biruzə verir.Hemoroidlərin qarşısını alamq üçün qəbizlikdən qurtulmaq lazımdır.Əgər bu problem müalicəyə ehtiyac olacaq dərəcədə böyüyərsə lokal ( yerli ) müalicə təyin edilir.Adətən hamiləlik başa çatdıqdan sonra hemorid yaxşılaşır.

Baş ağrıları : Hamiləliyin erkən dövrlərində başağrıları tez-tez müşahidə olunur.Müalicə olunmamış sinusit, görmə üzvü patologiyaarı ilə bağlı ola biləcəyi kimi çox zaman səbəbi bilinmi.Şiddətli başağrıları preeklampsiya xəbərçisi ola bilər.Baş ağrılarından mümükün qədər uza qdurmaq üçün istirahət rejimini düzgün nizamlamaq, təmiz havada gəzmək lazımdır.

Axıntı : Hamiləlikdə estrogen sekresiyası artır.Bu səbəbdən öncədən heç axıntı şikayətiniz olmasa da hamiləki dövründə qatı , açıq rəngli vaginal axıntı müşahidə oluna bilər.Əgər axıntı ağ və ya rəngsizdirs, qoxusuzdursa, axıntıyla yanaşı qaşıntı və yanma, sidik ifrazi zamanı ağrı yoxdursa bu fizioloji axıntıdır.hamiləliyin irəli dövrlərində xıntı sandığınız amniotik maye də ola bilər.Axıntı sarı – qəhvəyi , qanl, qırmızı, yaşıl və ya su kimidirsə, kəskin qoxuludursa həkiminizə bunu bildirməlisiniz.

Yorğunluq və yuxululuq : Hamiləliyin ilk 4 aylığında qadınlar özlərini həddən artıq yorğun və yuxulu hiss edə bilirlər.Bunu önləmək üçün sadəcə yuxu , istiahət və qida rejimini nizamlamaq lazımdır.

Qarın ağrıları :  Hamiləlikdə uşaqlıq sürətlə böyüyür bun qarşılıq uterusu yerində tutan bağlar bu sürətə ayaq uydura bilmirlər.Bu gərilmə qarında yerini tam göstərə bilmədiyiniz kəskin ağrılarla təzahür edir.Qəbizlikdə qarın ağrıları yaradır. Qarın ağrısında bir təhlükə oldugunu unutmayın və ağrıları öz bildiyiniz üsullarla aradan qaldırmadan öncə həkiminizə bildirin.

Tez-tez sidik ifrazı : Böyüməkdə olan uşaqlıq sidik kisəsinə təzyiq edərəkonun dolma tutumunu azaldır.Bu halda sidik kisəsində az miqdarda sidik olması belə ifrazat ehtiyacı yaradır.Sidik ifrazi ehtiyacını heç bir zaman ertələməyin.Sidik ifrazı zamanı göynəmə, ağrı varsa həkiminizə bildirməyiniz lazımdır.

Kramplar : Hamiləliyin irəli dövrlərdə böyüyən uşaqlığın venalar üzərində yaratdığı təzyiq kramplara səbəb olur.Magnezium və kalsiumun nisbi çatışmazlığı da kramplar yarada bilir.İstirahət, masaj, kalsiumla zəngin qidalar bu narahatlıqları yüngülləşdirə bilər.

Varikozlar : Böyüyən uterusun venalara etdiyi təzyiq nəticəsində damarlarda genişlənmələr ortaya çıxır.Bunu önləmək üçün ayaq üstə çox dayanmaqdan çəkinmək, mmükün olduqca tez tez istirahət fasilələri vermək , oturarkən və uzanarkən ayaqları yüksəkdə saxlamaq lazimdir.Ayaqlarda qan dövranını poza biləcək corablar, ayaqqabılar, beli sıxan dar paltarlar geyməməniz məsləhətdir.

Nəfəs darlığı : Böyümüş uşaqlığın diafraqmaya təzyiqi nəticəsində ortaya çıxır.həkiminizin məsləhət gördüyü nəfəs məşqləri edin, havası ağır olan, siqaret çəkilən mühitlərdən uzaq durun.özünün yoracaq işlərdən ( oksigen ehtiyacını artiran ) çəkinin

Bel ağrıları : Hamiləlik irəlilədikcə vücudun ağırlıq mərkəzi dəyişir.Bu səbəbdən bel ağrıları artır.Ytağın düzgün seçilməməsi,ağır qaldırmaq, hündürdabanlı ayaqqabı bel ağrılarının sıxlığını artırır.Oprtopedik yataq , ağır fiziki işdən uzaq durmaq , alçaqdabanlı ayaqqabı ( 3-4 sm ) geyninərək bel ağrılarınızı azalda bilərsiniz.

Ayaqların şişməsi : Hamiləlik irəlilədikcə hüceyrəarası sahədə maye miqdarı artdığından ayaqlarda ödemlər ortaya çıxır.istirahət zamanı bu ödemlər azalır.Əllərdə və üzdə və digər bölgələrdə olan ödemlər preeklampsiya xəbərçisi ola biləcəyini də unutmayın.

Süd vəzindən süd gəlməsi : Prolaktin hormonunun artması ilə əlaqədar süd vəzindən südə bənzər maye gələ bilər.Bu maye süd hazırlamaga hazirliq mərhələsidir.Bu proses müalicə ehitayci olan bir durum deyil. Əgər mayenin südə bənzəmədiyini hiss edərsinizsə bunu həkiminizə bildirin.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 365
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri