Hamiləlik toksikozları

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 668
Səs ver:
(səs: 0)
Hamiləlikdə ozonoterapiya -sağlam ana, sağlam körpə deməkdir.

Bir qayda olaraq bu hal hamiləliklə eyni vaxtda başlayıb, hamiləlik bitdikdə qurtarır. Toksikozun əmələ gəlməsi səbəblərini izah edən bir sıra nəzəriyyələr (allergik, toksik, immunoloji, neyroreflektor, humnoral və.s.) mövcuddur. Hamiləlik toksikozları erkən və gecikmiş olmaqla 2 qrupa bölünür:
a) Erkən toksikozların ən çox təsadüf edilən forması qusmadır. Ağız suyu ifrazının artması, dermatozlar, bronxial astma, hamiləlik sarılığı kimi toksikoz formalarına nisbətən az rast gəlinir.
b) Gecikmiş toksikozlara hamiləlik ödemi, nefropatiya, preeklampsiya və eklampsiya aiddir.

Hamilələrdə qusma ağız suyu ifrazının artması, ürəkbulanma, iştahın zəifləməsi və dadbilmənin dəyişməsi fonunda baş verir.
Yüngül formada qusma hamilənin ümumi vəziyyəti üçün təhlükə törətmir.
Orta ağır formada zəiflik, çəkinin azalması, diurezin azalması. Iştahsızlıq qeyd olunur.
Ağır formalı toksikoz özünü sutkada 20 dəfə və daha çox demək olar ki, dayanmadan qusma ilə göstərir. Kəskin arıqlama, arterial təzyiqin enməsi, nəbzin tezləşməsi, hərarətin yüksəlməsi, susuzlaşma müşahidə olunur. Sidikdə aseton təyin olunur. hamilənin həyatı üçün təhlükə yaranır.

Müalicəsi.
Yüngül formalı toksikozlarda hospitalizasiya və xüsusi müalicəyə ehtiyac olunmur.
Orta ağırlıqlı, xüsusilə də ağır toksikozlarda, dayanmadan qusma müşahidə olunan zaman hamilə qadın mütləq stasionara yerləşdirilməlidir.
Sedativ təsirli preparat təyin olunmaqla yanaşı qusma əleyhinə preparatlar təyin edilir. İnfuzion terapiya aparılır, kokaboksilaza. Vitaminlər və.s. yeridilir. Qida qəbulu tez-tez (2-3 saatdan bir) kiçik porsiyalarla olmalıdır. Gündəlik olaraq orqanizmə müəyyən miqdarda maye (sutkada 3litrədək) 30-40ml 40%-li qlükoza vena daxili , insulin (100ml qlükozaya 5 vahid) yeridilir. Kəskin zəifləmiş xəstələrə uyğun gələn qan köçürülməsi məsləhətdir.
Müalicənin effekti olmadıqda və toksikoz əlamətləri artdıqda (dayanmadan qusma, subfebrilitet, kəskin arıqlama, proteinuriya, asetonuriya, sarılıq və.s.) hamiləliyin yarımçıq saxlanılması zərurəti yaranır.
Vital klinikada hamiləlik toksikozlarının müalicəsində ozonoterapiyadan istifadə olunur. Hamiləlik toksikozu dölün bətndaxili inkişafına mane olur, döldə xroniki oksigen aclığının (xroniki hipoksiya)yaranmasına səbəb olur. Ozonla müalicə bu fəsadlaşmanın qarşısını alır, eyni zamanda qaraciyərin metabolik funksiyasının pozulmasının qarşısını alır. Yəni intotsikasiyanın sarılıq kimi ağırlaşmaların yaranmasına imkan vermir, ağırlaşma olmamış həkimə müraciət etmək lazımdır.

Hamiləlik ödemi  ödemlərin yaranması, mənfi diurez, bədən çəkisinin sürətlə (həftədə 300qr) artması ilə xarakterizə olunur. Sidikdə patoloji elementlər aşkarlanır. Aretrial təzyiq normal olur. Gedişatı qısamüddətli və ya uzunmüddətli ola bilir. Bəzən bu hal inkişaf edərək neyropatiyaya keçir. Gizli ödemləri hamilənin çəkisini 2 həfətədə 1 dəfə ölçərək nəzarətdə saxlayırlar.

Müalicəsi: Maye qəbulunun sutkada 700-800ml-dək, duz qəbulunun sutkada 3-5qr-dək azaldılması, qida rasionunda süd, bitki və yüksək vitamin tərkibli qidaların üstünlüyü vacibdir.
Nəzərəçarpan ödemlərin olması hamilə qadının xəstəxanaya yerləşdirilməsinə göstərişdir. Yataq rejiminin təyin olunması, maye və və duz qəbulunun məhdudlaşdırılması, vitaminlərin qəbulu. 20-40ml 40%-li qlükozanın vena daxilinə yeridilməsi 1qr kalium-xlorid ilə birlikdə gündə 1-2dəfə 25mg hipotiazid daxilə 3-4 gün ərzində təyin olunması vacibdir.

Nefropatiya əksər hallarda hamiləlik ödemi və ya müxtəlif ekstragenital xəstəliklər (hipertonik xəstəlik, nefrit) fonunda inkişaf edir. Nefropatiya üçün ödemlər, hipertenziya və proteinuriyadan ibarət triada xarakterlidir. Bəzən bu üçlükdən yalnız ikisi və ya hətta biri qeyd olunur. Ümumi beyin simptomları yaranır. Nefropatiyanın ağır gedişatı preeklampsiya və eklampsiyaya keçə bilər. Nefropatiya dölün inkişafına mənfi təsir göstərir, döldə hipotrofiyaya və ya dölün bətndaxili ölümünə səbəb ola bilər.
Müalicəsi: stasionar şəraitdə aparılır. Duzun rasiondan tam xaric edilməsi, mayenin məhdudlaşdırılması, vitaminoterapiya, qida rejiminin düzgün qurulması, dərman terapiyası maqnezium-sulfat, oksigen terapiyası, dibazol, papaverin, rezerpin, diuretiklər, rutin, 40%-li qlükoza, ağır hallarda droperidol, seduksen, eufillin, no-şpa məhlulları müvafiq dozalarda təyin edirlər. Dehidratasiyanı təmin etmək üçün manitol laziks, intoksikasiyanı azaltmaq üçün hemodez (200-400ml) və qlükoza-novokain qarışığı (200ml 20%-li qlükoza, 200ml 0.5%-li novokain + 15 vahid insulin) təyin olunur.
Hipoproteinemiya və hipovolemiya korreksiya olunur  albumin 100-200ml, quru plazma 150ml.
Mikrosirkulyasiyanın normallaşdırılması üçün vena daxili reopoliqliken təyin olunur.
Müalicə 2-5 gün ümumi beyin, əlamətlərinin itməsi, arterial təzyiqin normallaşması və normal diurezin bərpasına qədər davam edir.
Dölün bətndaxili hipoksiyasının profilaktikası üçün vena daxili 40%-li 20ml qlükoza, oksigen inqalyasiyası, əzələ daxili kordiamin 2ml, kokarboksilaza 50mq əzələ daxili və 2ml aktovegin əzələ daxili.

Preeklampsiya nefropatiya fonunda şiddətli başağrısı. Görmənin pozulması, qabırğaaltı nahiyyədə ağrı qeyd olunur. Müalicəsi neyropatiyanın ağır formalarında olduğu kimidir.

Eklampsiya - huşun itməsi fonunda qıcolmalar. Ağır formalı nefropatiya və ya preeklampsiya fonunda inkişaf edir. Qıcolmalar aşağıdan mərhələlərlə yaranır.
I mərhələ - üz əzələlərinin xırda fibrilyar yığılmaları.
II mərhələ - skelet əzələlərinin tonik qıcolmaları, huşun itməsi,
tənəffüsün dayanaması, göz bəbəklərinin genişlənməsi,
dəridə sianoz,
III mərhələ - gövdə, sonra isə yuxarı və aşağı ətraf əzələlərinin kloniv
qıcolmaları qeyri-müntəzəm tənəffüs, ağızdan köpüyün
gəlməsi,
IV mərhələ - komatoz vəziyyət.

Ağırlaşmaları: ürək fəaliyyətinin zəifləməsi, beynə qansızma, ağciyər ödemi, dölün bətndaxili hipoksiyası və ya ölümü.
Müalicəsi: müalicəvi  qoruyucu rejimin yaradılması, orqanizmin mühüm funksiyalarının normallaşdırılmasına yönəlmiş tədbirlər, eklampsiyanın əsas təzahürlərinin müalicəsi, doğuşun cəld və eyni zamanda çox ehtiyatla aparılması.
Müalicəni həkim-akuşer anestezioloqla birgə xüsusi təchiz olunmuş palatada aparır. Bütün manipulyasiyalar narkoz fonunda olunur. Qıcolma tutmalarında efir-oksigen narkozu verilir və ya neyroleptanalgeziya (droperidol 4-5ml 0.25%-li vena daxili, seduksen 2ml 0.5%-li vena daxili) tətbiq edilir.
Tutmaların II-III mərhələsində narkoz verilməsi müvəqqəti dayandırılır. Tutma bitdikdən sonra yeni tutmanın qarşısını almaq məqsədilə qısamüddətli narkoz verilir. Medikamentoz terapiya neyropatiyanın ağır formasında olduğu kimidir. Diş protezləri varsa çıxarılmalı, alt və üst çənənin qapanmasının qarşısı alınmalıdır.
Doğuşun tezləşdirilməsi: bəzi hallarda isə kesar əməliyyatının aparılması zəruri olur.

Bütün bü ağır fəsadların qarşısını ala bilən müasir, həm ana həm döl üçün tam zərərsiz müalicə və profikaklika metodu ozonoterapiyadır.
Ozonla müalicə qan damarlarının mənfəzini genişləndirir, arterial qan təzyiginin qalxmasının qarşısını alır (hipotenziv effekt), böyrəkdaxili mikrosirkulyasiyanı gücləndirir, böyrək yumaqciqlarinda spazmı götürür nəticədə proteinonuriyanın qarşısini alır. Qaraciyərin metobolik funksiyasını yaxşılaşdırır, intoksikasiyanın əmələ gəlməsinə imkan vermir. Dölün bətndaxilində oksigenlə zəngin qanla qidalanmasını təmin eləyir. Nəticədə döl qipotrofiyasının qarşısı alınır. Mülıcəyə hamiləliyin erkən devrlərində başlamaq lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 668
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri