Hamiləliyin 5 faydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 7 021
Səs ver:
(səs: 1)
Hamiləlik heç də asan keçən dövrlərdən deyil. Səhərlər ürəkbulanması, qusma, artıq çəki, halsızlıq, yuxululuq və ya əksi və s. kimi hallar əksər hamilələrə tanışdır. Amma ana olduqdan sonra körpənin xoş gülüşü, hərəkətləri bütün o halları qadının ağlından silir...

9 ayın faydası da az deyil. Sizə hamiləliyin 5 əsas faydasını təqdim edirik:

1. Daha zövqlü cinsi həyat
Hamiləlikdə cinsi istək olmaz deyənlərə qulaq asmayın! Əlbəttə olur və olması da vacibdir! Hətta tədqiqatlar göstərir ki, hamiləlik zamanı cinsi əlaqə adi vaxtdakından daha zövqlü və xeyirlidir. Mütəxəssislər əvvəllər orqazm olmayan qadınların hamiləlikdə bu hissi mütləq yaşadıqlarını da vurğulayırlar. Hamiləlikdə cinsi münasibətdə olmaqdan çəkinməyin, bunun körpəyə heç bir zərəri yoxdur. Sadəcə uyğun vəziyyəti seçmək lazımdır.

2. Aybaşı günlərindəki ağrılara son!
Hamiləlik boyunca aybaşının olmaması Sizi onun diskomfort ağrılarından azad edir. Körpə dünyaya gəldikdən sonra həmin günlərdəki ağrıların da qəfildən tamamilə itdiyinin şahidi olsanız, sevinin. Çünki səbəbi olmadan çox qadında doğuşdan sonra aybaşı ağrıları kəsilir.

3. Xərçəngə tutulma riski azalır.
Hamiləliyin döş və yumurtalıqdakı xərçəngə tutulma riskini aşağı salması və ya tamamilə azaltması faktı məlum olmuşdur. 4 aydan çox körpəyə süd verən analarda isə döş xərçənginə tutulma faizi sıfırdır.

4. Sağlam həyat tərzi
Qadın 9 ay boyunca daha sağlam qidalanar, fast-food, qazlı və zərərli içkilərdən uzaq durar, pis vərdişlərdən çəkinər, həmçinin təmiz havada piyada gəzmək kimi faydalı vərdişlər qazanar ki, bunu da əksər qadınlar doğuşdan sonra davam etdirərlər. Bu isə o deməkdir ki, hamiləlik qadına sağlam həyat tərzi bəxş edir.

5. Daha güclü hisslər
Hamiləlikdə qadının hisləri daha həssas olur, toxunsan ağlarmış kimi...  Tez kövrəlir, tez sevinir, qoxulara qarşı daha həssas olur və s.

Aygün Quliyeva
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 7 021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri