Hamilənin gündəlik qida norması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 692
Səs ver:
(səs: 1)
Hamilənin gündəlik qida rejimində karbohidratlar, yağlar, zülallar, minerallar və su olmalıdır. Aşağıda pəhriz nümunələri hamilələr üçün tərtib olunmuşdur. Bu pəhrizdə bütün qida növləri 5 qrupa bölünür və hər bir qida növü üçün lazım olan qida payları təklif edilir. Qida payı dedikdə insanın bir qida qəbulu ərzində yediyi qida həcmi nəzərdə tutulur. Bu pəhrizə əsasən hamilə qadın orqanizminin tələbatını tam ödəmək üçün pəhrizə hər bir növ qidalardan daxil etməlidir.

 

       Qida qrupları

      Payların sayı

1. Meyvə və tərəvəzlər

     nbsp;   4 və ya çox

2. Süd və süd məhsulları

            4

3. Ət, balıq, quş əti, yumurta, lobya və noxud, qoz

            3

4. Çörək və yarma

            4

5. Yağlar və şirniyyat

    ehtiyac olan miqdarda

 

1. Meyvə və tərəvəzlər hər gün 4 və daha çox pay yeyilməlidir. Bir pay təxminən 1/2 stəkan həcmində meyvə-tərəvəz şirəsinə bərabərdir.  Gündəlik pəhrizdə aşağıdakılar olmalıdır:
* ən az bir pay A vitamini ilə zəngin olan meyvə və tərəvəz;
* ən az bir pay C vitamini ilə zəngin olan meyvə və tərəvəz;
* 2 pay digər meyvə və tərəvəzlər.

2. Süd və süd məhsulları gündəlik pəhrizdə 4 pay olmalıdır. Bir pay təxminən aşağıdakı göstərilənlərin birindən ibarətdir:
* 1 stəkan süd və ya
* 2 dilim pendir (2,5×2,5 sm ölçüdə) və ya
* 1 stəkan qatıq və ya
* 2 stəkan şor.

3. Ət, balıq, quş əti, yumurta, quru lobya və noxud, qoz gündəlik rasionda 3 pay olmalıdır. Bir pay təxminən belədir:
* 60-100 qr yağsız ət, balıq, quş əti və ya;
* 1-1,5 stəkan bişmiş quru lobya, noxud və ya mərci və ya;
* 1/3 stəkan və ya 4-6 xörək qaşığı qoz və ya yağlı toxum.

4. Çörək və yarmalar hamiləni  qida rasionunda 4-5 pay olmalıdır. Bir pay aşağıdakılarından birindən ibarətdir:
* 1 dilim çörək;
* 1/2-3/4 stəkan əriştə, vermişel, düyü və ya makaron;
* 2 kiçik kökə və ya;
* 1 hissə vafli və ya;
* 4-6 ədəd kiçik, nazik peçenye.

5. Yağlar və ya peçenye yeyilməsi qadını tez doydurur və o, orqanizmə vacib olan qidaları yeyə bilmir. Ona görə də bu qidalar pəhrizdə az olmalıdır. Qadın onları əlavə enerjiyə, kaloriyə ehtiyac olduqda yeməlidir.

Ülviyyə Səid

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri