Göbək ciyəsinin körpənin boynuna dolanması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 27 905
Səs ver:
(səs: 2)
Bu mövzu hamilələrin, sözün əsl mənasında, kabusuna çevrilib. USM-də, ya da dopplerdə qoyulan həmin diaqnozla analığa namizəd olanlar dərhal qorxuya düşür vəilk ağıllarına gələn fikir göbək ciyəsinin körpəni boğa bilmə ehtimalının olmasıdır. Amma narahatlığa əsas yoxdur! Göbək ciyəsinin elastikliyi körpəni sıxmaz və nəticədə boğulma da baş verə bilməz.

Göbək ciyəsi nədir?
9 ay ərzində körpə ananın qanından yalnız göbək ciyəsi vasitəsilə qidalanır və o, doğumdan dərhal sonra kəsilərək götürülür. Bir sözlə, uşaq doğulandan sonra o da öz işini bitirmiş olur.

Bəs bu dolanma nədən baş verir?
Dolanma 1 qat da ola bilər, 2-3 və daha çox da. O, təkcə uşağın boynuna deyil, əlinə, ayağına da dolana bilər. Sadəcə ən çox görülən hal boyuna dolanmadır. Bu prosesin qarşısını almaq və müalicə etmək mümkün deyil. Hər doğulan körpələrin 20-25%-də bu problem görülür. Hər 500 doğumdan birində isə bu dolanma 2 qat olur.

Göbək dolanmasına bir səbəb yoxdur. Sadəcə 18-19-cu həftələrdə uşaqlıqdakı maye çox, körpənin ölçüsü isə balaca olduğundan o rahat hərəkət edir. Bu da dolanmaya səbəb olur. Digər səbəb kimi isə, onun ölçüsünün normadan uzun olmasıdır.

Göbək ciyəsinin dolanmasının həm uşağa, həm də anaya nə kimi zərərləri var?
Adətən göbək ciyəsinin dolanması körpəyə heç bir zərər vermir. Amma uşaq böyüdükcə, aşağıya düşdükcə onun vasitəsilə qida axışı da azala bilər. Uşağın ürək döyüntüləri azalarsa, artıq təbii doğuş deyil, əməliyyat lazım gəlir.

Dolanma 1 deyil, 2-3 qatdırsa, eləcə də, göbək ciyəsi qısadırsa, bu zaman ana namizəd doğuşa yaxın ciddi nəzarətə götürülür. Çünki bu hallar doğuş zamanı körpədə tənəffüs problemi yarada, hətta həyatı təhlükəyə səbəb ola bilər. O zaman dərhal qadın əməliyyata aparılır. Amma bu, çox nadir hallarda baş verir.

Xatırladaq ki, bu yaxınlarda Türkiyədə, Boluda boynuna 7 qat göbək ciyəsi dolanmış uşağın tam sağlam və təbii doğuşla dünyaya gəlməsi faktı da var. Həkimlər bunu möcüzə adlandırmışdılar.  

Mövzu ilə əlaqədar biz türkiyəli professor, dr. Cem Fıçıcıoğlu ilə əlaqə saxladıq. O, övladına belə diaqnoz qoyulan anaları narahat olmamağa çağırdı: "Körpənin boynuna dolanan göbək ciyəsi onun üçün ciddi təhlükə yaratmaz, amma doğuş peşəkar həkimlərə etibar edilməlidir”.

Xatırladaq ki, bu yaxınlarda Türkiyədə, Boluda boynuna 7 qat göbək ciyəsi dolanmış uşağın tam sağlam və təbii doğuşla dünyaya gəlməsi faktı da var. Həkimlər bunu möcüzə adlandırmışdılar.  

Aygün Quliyeva
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 27 905
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri