Hamiləlikdə OMEQA-3 vacibdirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 7 962
Səs ver:
(səs: 2)
Omeqa 3 orqanizm tərəfindən istehsal edilmir, lakin sinir sisteminin hüceyrələrinin fəaliyyəti üçün çox önəmli yağ turşularındandır. Son illər onun qəbuluna xüsusi önəm verilir, yeni-yeni faydaları müxtəlif araşdırmalarda ortaya çıxır.

Hamiləlikdə qəbul edilən bu yağın nə kimi faydaları var?
Uzun illərdir elmə məlumdur ki, Omeqa 3-ün bətn içərisində olan körpənin göz və beyin sisteminin formaşalaşasında, inkişafındakı rolu əvəz edilməzdir. Yeni tədqiqatlar bu yağın daha bir neçə xeyrini üzə çıxarıb. Belə ki, onu az qəbul edənlərlə müqayisədə çox istifadə edən ana namizədlərdə düşük təhlükəsi, erkən doğuş, preklampsi (hamiləlik zəhərlənməsi), təzyiq yüksəkliyi kimi hallara daha az təsadüf edilir. Həmçinin Omeqa-3 hamiləlik dönəmində qadının ruhi sağlamlığına da müsbət təsir göstərir, depressiyaya düşməsinə imkan vermir. Bu maddənin çox qəbulu yeni doğulan körpənin yaxşı yatmasına kömək edir, hiperaktivlik kimi diqqət azlığı problemlərini, gələcəkdə onların xərçəng xəstəliyinə tutulma riskini azaldır.

Omeqa 3-ün mənbəyi hansı məhsullardır?
Onu da qeyd edək ki, Omeqa 3-ü təkcə tabletlər şəklində deyil, balıqdan, göyərtilərdən və qozdan əldə edə bilərsiniz. Bunun üçün sadəcə həftədə 2 dəfə balıq əti və göyərti, hər gün 2-3 ədəd qoz yemək kifayətdir. Bu reseptlə siz hamiləlik boyunca Omeqa 3-ə olan tələbatınızı tam ödəyə biləcəksiniz. Çalışın ki, təbii məhsullara üstünlük verəsiniz. Yox, əgər onların sizin tələbatınızı ödəmədiyini hiss etsəniz, o zaman mütləq tabletlərdən istifadə edin.

Omeqa 3 yağ turşuları üçün ən yaxşı mənbə balıq ətidir. Amma ətraf mühitin belə sürətlə çirklənməsi onların, xüsusilə də böyük balıqların bədəninə civə kimi zərərli maddənin toplanmasına səbəb olur ki, bu baxımdan da hamilələr balıq yeyərkən diqqətli olmalıdırlar. Çünki civə körpənin sinir sitemini zədələyə bilər. Daha çox göyərtilərə, qoz, zeytun və əncirə üstünlük verin.

Onun çatışmazlığı hansı fəsadlara yol aça bilər?
Omeqa 3 həmçinin yaşlanmağı gecikdirir, dərini gözəlləşdirir. Saça parlaqlıq verir və qırışları azaldır. Xüsusilə qeyd edək ki, ana hamiləlikdə və əmizdirmə müddətində kifayət qədər Omeqa 3 alırsa, körpənin beyni və görmə bacarığı inkişaf edir. Son aparılan tədqiqatlarda qanlarında Omeqa-3 yağ turşusu az olan uşaqların davranış, təhsil və sağlamlıq problemlərinin mövcudluğu ortaya çıxıb.

Əziz hamilələr, həm öz sağlamlığınızı, həm də dünyaya gətirəcək körpənin səhhətini düşünərək, çox faydalı və qəbulu vacib olan Omeqa 3 yağ turşusunun zəngin olduğu qidalara üstünlük verin.

Aygün Quliyeva
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 7 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri