Hamiləlikdə şikayətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 562
Səs ver:
(səs: 1)
Hamiləlik zamanı ən sıx rastlanan şikayətlər bunlardır ...
Hamiləlik ümumən hər bir qadının həyatınında vacib dönəmdir. 40-cı həftəyə yaxın bir müddət olan hamiləlik özü ilə həm də bəzi şikayətlər və problemlər gətirir. Mədə bulantısı, qanama, şəkər xəstəliyi, saç tökülməsi, dişlərin kariyesi və bir sira digər problemlərlə rastlaşır. Bunun üçün hər bir hamilənin güvənəcəyi həkimə ehtiyacı vardır. Məhz buna görə də həkimlər bir çox məsləhətlər görürlər. Artıq hamiləliyinin 28-ci həftəsini yaşayan qadında ən çox dölün hərəkətnin intensivliyini izlənməlidir. Uşaq səhər saat 9-dan axşam 9-dək, ən azı 10 dəfə tərpənməlidir. 1-ci trimestrdə, 12 həftəlik hamiləlik zamanında əsasən başda və qasıq hissədə ağrılar müşahidə edilə bilər. Bu zaman qanaxma izlənə bilər. Damarlar genişlənir deyə, baş ağrıları da müşahidə olunur. Hamiləlikdə qadınları ən sıx narahat edən mədə bulantısı və qusmadır ki, bu da halsızlıqla nəticələnir. Ümumən mədə bulantısının hansı səbəbdən olduğu hələ də tam məlum deyildir. Qanaxma olduğunu görüncə qətiyyən özünüzü qorxutmayın, bunun üçün elə, həmin an yataq şəraitinə keçməli və mütləq həkimə müraciət edilməlidir. 12-ci həftədə düşük riski daha çox olduğu üçün özünüz də ehtiyyatlı davranmalısınız. Əgər istirahətdən sonra ağrılarınızın olduğunu hiss edirsinizsə, bu artıq bir həyacan təbiilidir…

Ən çox rastlanan hallardan biri də daim yatmaq istəyinizdir. Bu o deməkdir ki, sizdə "progesteron" hormonu artır, bu da son nəticə etibarı ile huşsuzluğa, yəni yaddaşın zəyifləməsinə səbəb olur. 12-ci həftədən sonra hamiləliyin ikinci trimestri başlıyır ki, bu dövr hamiləliyin daha rahat müddəti sayılır. Ağrılar hiss etdiyinizdə azca dincəlməklə keçəcəyinə əmin olun. Hamiləlikdə ən sıx yaşanan problemlərdən biri də sidik yolunun infeksiyasıdır. Sidiyə gedərkən yanma və sancı kimi hissiyyatlar narahatlığa səbəb olur. Əsasən sidiyə getmə problem bu günlərdə olur. Bu dönəmdə hamilələrin daha çox sol tərəfi üzərində yatmaları məsləhət görülür. Əgər sağ tərəflərinə yatarlarsa "hidronefroz" adlandırılan böyrəyin genişlənməsi və bununla bağlı infeksiyanlar yaşanar. 12-ci həftədən sonra uşaqlıq yolunun qısalması genişlənməsi səbəbindən problemler üzə çıxır. Uşaqlıq yolunun ölçüsü 2.5 sm-dən qısa və uşaqlıq yolunun iç girişinin də 5 mm-dən açıq olduğu hallar norma daxili sayılır. Norma xarici hallar olsa, vaginal qanamalarda düşük riski artır. Daha öncə düşük problemi ilə qarşılaşan və ya da ağır doğuşu olan hamilələrin, 12 həftə ərzində uşaqlıq yolu uzunluqlarının və uşaqlıq yolu açıqlıqlarının yoxlanılması vacibdir. Hamiləliyin bu dönəmində görsəniz ki, vaginal axıntılarınız yaşıl rəng alır və iy verir, bu artıq sizə erkən doğum və suyun vaxtından öncə boşalması riskinə işarədir. Bəzən də hamiləlikdə əzələ ağrılarına rast gəlirik, bu ən çox ayaq və əzələ ağrıları kimi özünü büruzə verir. Səhərə yaxın hiss etdiyiniz bu kimi ağrılar orqanizminizdə maqnezium və kalsium vitaminin çatmadığına işarədir. Maqnezium və kalsium azlığında ağartı məhsullarına qidanızda daha çox istifadə etməlisiniz ki, bu defisiti bərpa edəsiniz. Balıq və kürü də çox xeyirlidir hamiləlik dönəmində… Hamiləlikdə mədə yanmaları, qıcqırma hiss edilir. Bu əsasən yemək borusuyla mədənin birləşdiyi yerdə meydana gələn genişlənmədən qaynaqlanır. Mədəsindən şikayət edən hamilə çay, qəhvə və qızartma yeməklərdən az istifadə etsələr, qıcqırma və mədə yanması halları azala bilər...

Ən böyük problemlərdən biri də yuxusuzluq və aşırı çəki yığmadır. Hamiləlikdə damarların çıxması, əl və ayaqlarda şişkinliyin çoxalması problem ilə də qarşılaşa bilərsiniz. Bu kimi şişkinliklər yatdıqdan bir neçə saat sonra havasızlığa da gətirir. Hamilələr, havasız qalmış kimi birdən-birə oyana bilərlər. Bu şikayətləri qabaqlamaq üçün yatarkən balıncdan istifadə edilməməsi ve duzsuz qidalara üstünlük verilməlidir. Hamiləlik boyunca toplam olaraq 11-13 kilo alınması norma daxilindədir. Normadan artiq çəki isə yüksək təyziq və şəkər kimi problemlərə gətirər. Çünki hamilə ana şəkər və ya təyziq problemi yaşayarsa bu doğuş və uşaq üçün təhlükəli ola bilər. Hamiləlikdə ən çox rastlanan hallardan biri də –erkən doğuşdur. 28-ci həftəyə qədər olan doğumlar, "immatür”(yəni tam yetişməmiş ) olaraq qəbul edilir. Bu qədər vaxtından öncə doğulan bir uşağın yaşayıb-yaşamaması çox riskli bir proses olduğu üçün, bu dönəmdə hamiləliyinizə diqqət etməlisiniz, özəlliklədə istirahətinizə. ÜÇÜNCÜ TRİMESTER –şəkər və yüksək təyziqlə qarşılaşan bir dönəmdir. Hamiləliyin ikinci dönəminin sonunda və üçüncü dönəminin başlanğıcında, hamiləliklə bağlı olaraq qanda şəkər və yüksək təyziq riski vardir. 24-cü və 28-ci həftələrdə qan analizi edilir ki, bu da sadaladığımız problemlər yarandıqda onu azda olsa, önləməyə yardımçı olur. Yüksək təyziq, şişkinlik və idrarda protein miqdarının artması ilə irəliləyən hamiləlik arzu olunmazdır. Sürətli çəki artımı olan xəstələrdə qan təyziqi mütəmaddi olaraq yoxlanılmalıdır. Risk altındakı hamilələrin gündə ən az üç dəfə təyziqləri ölçülməlidir. VAGİNAL QANAMALAR... Plasentanın (yani ciftin) yerləşməsinə bağlı olaraq xəstələrdə vaginal qanamalar ola bilər. Bu da, erkən doğuşun göstəricisidir, ən qorxulusu da ciftin vaxtından öncə düşməsi problemini yarada bilər. Hamiləlikdə saç tökülməsi, dəridə yağlanma, sızanaqlar, ləkələr və qarın çatları kimi kosmetik problemlərdə özünü göstərir. Bütün bu problemlərlə yanaşı ana olmaq gözəl bir duyğudur, bunu unutmayaq…

Günel Şəfiyeva
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri