Doğuşu asanlaşdıran hiylələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 658
Səs ver:
(səs: 2)
Həftələr irəlilədikcə hamilə bir təlaş, həyəcan yaşamağa başlayır. Bütün bunların özünə ziyan olduğunu bilə-bilə, doğum stresindən azad olmaqda çətinlik çəkir. Və bu da çox təbiidir. Çünki ətrafdakı qadınların müxtəlif doğum hekayələri, bu haqda yazılan fikirlər onun beynində qarışıqlıq yaradır ki, o, doğuşdan qorxmağa başlayır. Amma 9 ayı sağlam həyat tərzi kimi keçirib, vaxtı-vaxtında idmanla məşğul olan hamilələr əslində bu son prosesdə elə də ciddi çətinliklərlə qarşılaşmırlar. Doğuşu asanlaşdıran bir neçə məqam var! Bəli! Təcrübəli anaların, mütəxəssislərin asan doğumla bağlı fikirlərini bir yerə toplayaraq, əziz hamilələr, sizə təqdim edirik.

Dözə bildiyiniz qədər dözün...
Anaların məsləhəti: sancılar başlanan kimi təlaşlanmayın! Dözə bildiyiniz qədər dözün, çünki erkən doğuş sancıları sonrakılarla müqayisədə daha yüngül olur. Hətta bir film izləyə bilərsiniz ki, başınız qarışsın. Erkən doğuş sancıları daha uzun çəkə bilər – 24 saatdan da artıq. Bir sözlə, çox özünüzü yorub, enerjinizi tükətməyin. Onu sonra üçün saxlayın.

Doğum evinə getməyə tələsməyin.
Nə qədər sakit və rahat olsanız, orqanizm bir o qədər doğuşa asan hazırlaşar. Sancılar artmağa davam edir və sonra doğuş gerçəkləşir. Bunu yalnız siz hiss edə bilərsiniz.

Doğum evinə ən son məqamda yollanmağınız məsləhətdir. Çalışın ki, ağrıların çoxunu daha rahat olan evinizdə yaşayasınız.

Gözləmə otağından imtina edin!
Hamilə adətən doğum evinə gələn kimi xəstələrin toplaşdığı gözləmə otağına yollanıb, sancılarla baş-başa qalır. Hər kəsin gözü qarşısında, işıqların altında... Bu, çox böyük səhvdir! Belə mühitdə həyəcan daha da artar və hamiləni daha çətin vəziyyət salar.

Sancılar zamanı çoxlu su için.
Doğuşa gedərdən özünüzlə təmiz qaynanmış su aparın və bol-bol su içməyi yaddan çıxartmayın. Çünki su içmək stresi azaldır.

Qışqıra bildiyiniz qədər qışqırın!
Bəzi qadınlar bu sancıları qışqıraraq dəf edir, sanki bağırdıqca yüngülləşirmişlər kimi. Həkimlər məsləhət görür ki, çığıra bilirsinizsə, çığırın və bu sizi psixoloji olaraq rahatlaşdıracaq.

Daha bir neçə məqam
Doğuş yaxınlaşdıqca daha çox dincəlin, ağır və yorucu işlərdən uzaq durun. Ağrılarınız başlayan kimi quru yeməklərdən imtina edib, duru xörəklərə üstünlük verin. Hamiləlik boyunca çalışın yoqa ilə məşğul olun. Çünki bu idman növü nəfəsi idarə etməyi asanlaşdırır və orqanizmi həm fiziki, həm də psixoloji olaraq doğuşa hazırlayır. Xüsusilə də ayaq, kürək və bel hərəkətlərinə üstünlük verin. Doğum evinə gedərkən ən son edəcəyiniz iş ilıq duş qəbulu olsa, lap yaxşı olar.

Xalq təbabətində isə xurmanın doğuşu asanlaşdırması, təxminən 2 həftə öncə bu çərəzdən istifadə edilməsi məsləhət görülür. Çünki xurma əzələləri yumşaldaraq, doğuşun rahat keçməsinə kömək edir.

Aygün Quliyeva
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri