Hamilənin tibb çantası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 771
Səs ver:
(səs: 1)
Hər bir səliqəli qadın evindəki tibb çantasının zənginliyi ilə seçilər. Xüsusilə də hamilələr... Çünki hamiləlik elə bir dönəmdir ki, günün istənilən saatı, gecənin ən şirin yuxusunda hansısa narahatlıq baş verə bilər və o zaman sizə lazım olan hər hansı dərman vasitəsini tapa bilməzsiniz. Bu baxımdan hələ "9 ayın” ilk başlanğıcından etibarən evdəki tibb çantanızı zənginləşdirməyə başlayın.

Hamiləlikdə lazım olan tibbi vasitələr
Noşpa -  spazmaları aradan qaldırmaq üçün;
Papaverin şamı – əksər hamilələrin istifadə etdiyi şamlar. Onlar uşaqlıqdakı tonusun qarşısını alaraq, düşüklərə, erkən doğuşlara qarşı effektli müalicə üsuludur.
Oksolin mazı – qrip virusundan qorunmaq üçün burun dəliklərinin altına çəkmək kifayətdir.
Pinosol damcısı – burun tutulması, burun ifrazatı zamanı istifadə edilir;
Parasetomol – güclü baş ağrıları zamanı qəbulu, yüksək hərarət zamanı heç bir problem yaratmaz.
Osillokoksinum – bir qədər bahalı dərman olsa da, qrip və soyuqdəymədə hamiləyə ilkin yardım kimi çox yaxşı təsir göstərə bilir. 
Valerianka – xüsusilə də hamiləliyin birinci üç ayında hormon dəyişkənliyi səbəbindən əsəblər pozulur, sinir sistemini sakitləşdirmək üçün heç bir zərəri olmayan bu təbii dərman tabletlərindən istifadə etmək olar.
Traumel C mazı – hamilələrin kabusuna çevrilmiş şişmələr və dartınmalar üçün ideal vasitə;
Yunienzim, Espumizan – həzm pozğunluqlarının, qarındakı köplərin qarşısını almaq üçün istifadə edilir.
Klaritin və ya Suprastin – hamiləlik vaxtı tez-tez təsadüf edilən allergiyalara qarşı istifadə edilən effektli tabletlər;
Almagel, Renni – 2-ci trimestrdan başlayaraq xanımlar "joqa” adlandırılan mədə yanmalarından əziyyət çəkirlər. Bu vasitələr məhz həmin problem üçündür.
Quttalaks, Dyufalak, Rektokor və Laksatin – hamiləlikdə rast gəlinən ən əsas problemlərdən biri də qəbizlikdir. Məhz bu yüngül işlətmə vasitələrinin köməyi ilə hamilə qəbizlikdən xilas ola bilər.
Viferon şamı – virus əleyhinə və immuniteti gücləndirmək üçün istifadə edilir.
Xofitol, Vominor, Essensiale Forte  - toksikoz dövrü üçün ən yaxşı tabletlər sırasına daxildir.
Fleminqa mazı – babasilsən əziyyət çəkən hamilələrə tövsiyə edilir.
Bu sıraya həkiminizin yazacağı vitamin-mineral komplekslərini və fol turşusu ilə zəngin tabletləri də əlavə edə bilərik.

Aygün Quliyeva
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 771
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri