Hamiləlikdə D vitamini

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 280
Səs ver:
(səs: 0)
Hamilə qadının qəbul etməsi vacib olan vitaminlərdən biri də D-dir. Belə ki, digər maddələrlə yanaşı, D uşaq inkişafını təmin edir, həmçinin qadına hamiləlik boyunca enerji və güc verir.

Vitamin D niyə belə əhəmiyyətlidir?
Vitamin D kalsiumun orqanizm trəfindən mənimsənilməsinə kömək edir, sümük və dişlərin möhkəmliyini təmin edir. Bundan başqa, dölün sümüklərinin vəziyyəti hamiləlik zamanı qadın orqanizmində olan D vitaminindən çox asılıdır.

Vitamin D hüceyrə membranının qoruyucu xüsusiyyətlərini gücləndirərək immun sisteminə müsbət təsir edir. Alimlərin yeni tədqiqatlarına əsasən, ürək və qan damarlarına da bu vitaminin çox faydası var. O diabetin, xərçəngin və sklerozun inkişafının qarşısını alır.

Vitamin D: hamiləlik  zamanı nə qədər lazımdır?
Hamilələr üçün vitamin D-nin günlük dozası - 400-600 ME-dir. Bu, əsasən 3-cü trimestrdə lazımdır ki, dünyaya gələcək körpədə raxitliyin qarşısı alınsın.

Onun mənbəyi nələrdir?
Vitamin D qaraciyər və böyrəklər tərəfindən hasil edilir, həmçinin onu qidalardan və ən əsası günəş şüasından əldə etmək olur. Hamiləliyi yay vaxtına düşənlər gün ərzində 10 dəqiqə günəş vannası qəbul etməklə D-yə olan tələbatlarını tamamilə ödəyə bilərlər. Lakin buludlu, yağıntılı havalarda bu mümkün olmadığı üçün, süni ultrabənövşəyi şüaları qəbul etmək qətiyyən doğru deyil. Bu zaman tərkibində D vitamini olan ərzaqlara - ət, balıq, qaraciyər, yumurta sarısı, süd və göbələyə üstünlük verilməlidir. Məsələn, 100 qr. siyənək və ya qızılbalıq vitamin D-ə birgünlük ehtiyacın təmin olunması üçün kifayət edəcək.

Amma qəbul edilən qidalar, günəş şüası sizin bu vitaminə olan tələbatınızı tam ödəmirsə, bu zaman həkiminiz uyğun dozada tabletlər təyin edəcək.

Aygün Quliyeva
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 280
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri