Hamiləlikdə təzyiq enməsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 38 417
Səs ver:
(səs: 1)
Hamilə qadınları həmişə yüksək təzyiq olması narahat edir. Əlbəttə ki, hamilə qadının təzyiqinin yüksəlməsi onun üçün təhlükəli haldır. Lakin təzyiqin aşağı düşməsi də fəsadsız keçib getmir. Bəs təzyiqin enməsi özündə hansı təhlükəni daşıyır?
Hamilənin təzyiqi tez-tez ölçülməlidi; təzyiq qadının sağlamlığı haqqında bir çox informasiya verə bilər. Əgər o, 140/90-dan yüksək və 100/60 aşağı olarsa, həkimə müraciət etmək lazımdır.
Belə bir fikir yayılıb ki, təzyiqi aşağı olan insanlar uzun ömür yaşayırlar. Belə ki, bu zaman ürək daha az işləyərək az aşınır. Həqiqətən də yüksək təzyiq daha təhlükəlidir və onun pis fəsadları daha çoxdur.
Hamiləlikdə təzyiq enməsinin hansı təhlükəsi var?
Təzyiq aşağı enməsi ilə yanaşı qan dövranı zəifləyir, həm döldə, həm də qadının özünün həyati vacib orqanlarında oksigen çatışmazlığı baş verir.  Qadında uşaqlığın qan dövriyyəsinin pozulması ilə uşaq inkişafının və doğuş zamanı ağırlaşmaların bilavastə əlaqəsi vardır.
Plasenta- dölün qidalı maddələri və oksigenlə təmin edən orqandır. Onun qan dövriyyəsinin pozulması dölün boğulması və ac qalmasına səbəb olur. Bu vəziyyət ən pis halda hamiləliyin daha irəli vaxtlarda pozulması ilə nəticələnə bilər.  Hipotoniya müalicə olunmazsa, gələcək ananın orqanlarının funksiyasının pozulmasına səbəb ola bilər.
Bundan başqa aşağı təzyiq uşaq üçün öldürücü kollapsa səbəb ola bilər. Digər bir təhlükə də odur ki, ananın başı gicəllənə bilər, onun yıxılması nəticəsində körpə ciddi zədə ala bilər.
Bir çox hallarda təzyiqin düşməsi gecə qadın kürəyi üstə yatarkən baş verir. Bu zaman döl aşağı boş venaya təzyiq edir və ürəyin qan təhcizatı zəifləyir.
    
Hamiləlikdə qan təzyiqinin düşmə əlamətləri nələrdir?
Müəyyən olunmuşdur ki, təzyiqin düşməsi ilk növbədə toksikozu gücləndirir. Bu zaman bədənin susuzlaşması baş verir. Ancaq ən dəqiq məlumatı tonometrlə ölçməklə almaq olar.
 
Aşağıdakı əlamətlərə görə təzyiqin enməsini bilmək olar:
* zəiflik, güclü yorğunluq;
* iş qabiliyyətinin aşağı düşməsi;
* səbəbsiz yorğunluq və yuxululuq;
* qulaqlarda küy;
* fiziki iş zamanı təngnəfəslik;
* güclü ürəkdöyünmə;
* baş ağrısııvə baş gicəllənmə.
 
Hamilənin qan təzyiqinin enməsinə səbəb olan amillər:
* stress;
* orqanizmin hormonal dəyişikliyə reaksiyası;
* qan-damar sistemi xəstəlikləri;
* müxtəlif infeksiyalar;
* güclü qan itirmə;
* orqanizmin susuzlaşması;
* az hərəkətli, oturaq həyat tərzi.
Burada bədən quruluşunun da rolu vardır.  Hipotoniya əsasən arıq qadınlarda rast gəlinir.
 
Hamiləlikdə enən təzyiqi necə qaldırmalı?
Əvvəlcədən onu deyək ki,  hamiləlikdə istənilən özünü müalicə qəbul edilməzdir. Ənənəvi təzyiq yüksəldən dərmanlar hamilələr üçün əks göstərişdir. Onların təsir mexanizmi qan damarlarının daralmasına əsaslanır; bu halda döl lazımi qida maddələri və oksigenlə təmin olunmur.
Bu dərmanlar dölün iflicinə səbəb ola bilər. Ona görə də dərmanlar yalnız həkimin göstərişi ilə qəbul olunmalıdır.
Hamilə vaxtı təzyiqiniz aşağı düşürsə, siz dərman istifadə etmədən də onu aradan qaldıra bilərsiniz.
1. Yataqdan sıçramayın. Yataqdan qalxarkən bədənin üfüqi vəziyyətdən şaquli vəziyyətə qəflətən keçməsi başgicəllənmə və ürəkbulanma ilə müşayiət olunur. Durmadan öncə yatağınızda bir qədər hərəkət edin. Bir qədər hündür yastıqda yatmağa vərdiş edin.
2. Yatağın yanında tumbanızda yüngül yeməyə müəyyən şeylər saxlayın-meyvə, meyvə quruları, peçenyelər. Qalxmazdan əvvəl bir neçə peçenye yeməyiniz yataqdan rahat qalxmanıza səbəb olacaq, həm də özünüzü yaxşı hiss etmənizə kömək edəcək.
3. Əgər hamiləlikdə təzyiqiniz düşürsə, uzanın və ayaqlarınızı yuxarı qaldırın. Bu yolla qan transfuziyası nəticəsində beynin qan təchizatı yaxşılaşacaq. Bu həm varikoz damarların yaxşılaşmasına kömək edəcək.
4. Təzyiqi normallaşdırmanın digər yolu sıxıcı corabların geyilməsidir.
5. Sizə mütləq fiziki hərəkətlə məşğul olmaq lazımdır; üzmə,  yavaş yerişlə qaçış, rəqslər və s.
6. Kontrast vanna qəbul edin, axırda mütləq sərin su ilə yaxalananın.
 
Hamilənin aşağı təzyiqini qidalarla necə normallaşdırmaq olar?
Düzgün qidalanma təzyiqinizi normallaşdırmağa kömək edəcək. Əgər ürəyiniz bulanırsa belə, mütləq azca da olsa yemək lazımdır;az-az tez-tez.  Aclıq hissi ürəkbulanma və hipotoniyanı gücləndirir. Sizin ürəyinizi bulandırmayan hər şeyi yeyə və içə bilərsiniz.
Qəribə olsa da sizə duz kömək edə bilər. Yaxşı olar ki,  yodlaşdırılmış duz istifadə edəsiniz. Həkimlər sutka ərzində 9 q duz istifadə etməyi məsləhət görürlər (adi halda norma 6q-dır ). Bu zaman qan dövriyyəsində olan qanın miqdarı artır və nəticədə təzyiq düşür.
Sizə həm də mütləq zülal qəbulu vacibdir. Bunun üçün duzlanmış ət bulyonu yaxşı seçimdir. Ancaq duzu həddindən artıq yeməyin. O, sizdə şişkinliyə səbəb olar.
Kərəviz kökü yeyin. Onu çiy halda yesəniz daha yaxşı olar. Çiyələk də təzyiqi normallaşdıran, həm də hemoqlobini qaldıran xüsusiyyətlərə malikdir.
Bəs kofe? Əksər insanlar kofesiz heç yaşaya bilmir. Lakin hamiləlikdə kofeni yalnız vacib olanda, dərman kimi təzyiq düşəndə içmək olar.

Ülviyyə Səid
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 38 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri