Partnyor doğuş

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 165
Səs ver:
(səs: 0)
1971-ci ildə Londonda keçirilən Beynəlxalq Psixosomatik Tibb Konqresində Dr. C. Sasmor çıxış edərək, 45 min doğuşun gedişatı üzərində apardığı müşahidələrin nəticələrini müzakirəyə çıxartmışdir. Məsələ onda idi ki, bu doğuşlarin bir hissəsi partnyor doğuşu idi. Yəni doğan qadınla birgə doğuşda onun həyat yoldaşı da iştirak edirdi. 

Bu elmi araşdırma tamamilə sübut etmişdir ki, doğuş zamanı qadının yanında yaxın bir insanın olması onu qorxu və tənhalıq hissindən qoruyur, emosional stresi aradan qaldırır, ailə daxili münasibətləri möhkəmləndirir. Doğuş zamanı qadının psixoloji komfortu, sözsüz ki, doğuşun uğurla nəticələnməsində böyük rol oynayır.

Doğuş zamanı partnyor kim ola bilər?
Əksər hallarda bu missiyanı qadının həyat yoldaşı yerinə yetirir, lakin bu mütləq deyil, doğuş zamanı qadının partnyoru anası, bacısı, rəfiqəsi və ya başqa bir yaxın insanı ola bilər.

Partnyor doğuşu üçün mütləq şərtlər :
1. Doğanın istəyi və razılığı
2. Doğuş partnyorunun istəyi və razılığı
3. Doğuşa birgə hazırlıq
4. Doğuşu qəbul edən həkimlərin razılığı
5. Bütün iştirakçıların uzlaşan davranışı

Doğuş zamanı partnyor nə kimi kömək edə bilər?

Doğuşun 3 dövrü var :
1. Sancı dövrü
2. Gücvermə dövrü
3. Uşağın və ciftin doğulması
Birinci dövr ilk sancılardan, uşaqlıq boynunun tam açılmasına qədər davam edir. Bu zaman qadının qarnında və büzdümündə ağrılar olur.

Partnyor bu dövrdə nə edə bilər?!
1. Sancıların müddətini və aralarındakı fasiləni ölçüb, bu informasiyanı həkimə çatdırır
2. Doğan qadını sakitləşdirir, dəstəkləyir. Sancı arası dövrlərdə qadının rahatlanmasını təmin edir
3. Sancı zamanı doğanla bərabər düzgün tənəffüs edir
4. Doğanın büzdüm nahiyyəsini massaj edir

Doğuşun ikinci dövründə sancılar daha güclü, daha uzun və tez-tez olur. İkinci dövr uşaqlıq boynunun tam açılmasına qədər davam edir. Bu zaman sancılarla bərabər gücvermələr çoxalır.

Bu dövrdə partnyor nə edə bilər?!
1. Gücvermə zamanı qadına daha rahat vəziyyət almağa kömək edir
2. Əlindən tutur, tərini silir
3. Mamaçanın nəzarəti altında göbək ciyəsini kəsə bilər
Üçüncü dövrdə uşaqlıq yığılır, cift uşaqlığın divarından qopur və bununla da doğuş başa çatır.

Bəs bu dövrdə partnyor nə edə bilər?!
1. Yeni doğulmuşun həyatının ilk anlarını foto və ya videokameraya çəkə bilər
2. Ananı təbrik edib, həkimlərə isə təşəkkür edə bilər.
Artıq Azərbaycanda bəzi doğum evlərində partnyor doğuşlar həyata keçirilir. Lakin bunun üçün ən azı 2 ay öncədən həm qadın, həm də partnyor xüsusi hazırlanmalıdırlar.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 165
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri