Bir çox hamilə qadınlar (həkimlərin müşahidələrinə görə 1/4 hissəsi) növbəti USM zamanı bu qorxulu ifadəni eşidir:
"Dölün
boynuna göbək ciyəsi dolanıb". Hamilə qadınların əksəriyyəti bu
xəbəbdən təşvişə düşür. Lakin əksər hallarda narahatçılıq üçün səbəb
olmur. Nəzərinizə çatdıraq ki, ana bətnində olan uşaq ağciyərlərlə nəfəs
almır, oksigen onun orqanizminə qanla daxil olur.
Göbək
ciyəsi ana ilə dölü birləşdirən bağdır. O, birləçdirici toxumadan və 3
damardan ibarət olur - damarlardan biri oksigeni və qida maddələrini
anadan dölə çatdırır, qalan 2-si isə parçalanma maddələrini döl
orqanizmindən çıxardır. Daha sonra isə bu maddələr ananın orqanizmdən
xaric olunur.
Hamiləliyin
əvvəllərində döl dölyanı mayedə sərbəst üzür və bunun nəticəsində onun
qoluna, ayağına, gövdəsinə, boynuna göbək ciyəsi çox asan dolana bilər.
Hamiləliyin əvvəlində dölün boynuna göbək ciyəsinin dolanması təhlükəli
sayılmır. Bu zaman dölün ölçüləri kiçikdir, uşaqlıqda kifayyət qədər yer
var və döl üzdükdə asanlıqla açıla bilər.
Lakin
əgər belə dolanma hamiləliyin 32-ci həftəsindən sonra aşkar olunubsa,
bu zaman qadın mütləq əlavə müayinələrdən keçməli (doppleroqrafiya,
kardiotokoqrafiya) və daim həkimlərin nəzarətində olmalıdır. Məsələ
burasındadır ki, göbək bağın dolanması nəticəsində ciftdə qan dövranı
pozula bilər. Bu isə çox təhlükəli haldır.
Bu
səbəbdən belə qadına əlavə müayinələr təyin olunur. Doppleroqrafiya
müayinəsi zamanı ciftdə qan dövranın vəziyyəti, kardiotokoqrafiya
müayinəsi zamanı isə dölün ürək döyünməsinin vəziyyəti müəyyən edilir.
Əgər bu müayinələr nəticəsində ciddi pozulmalar aşkar olunarsa, qadına
təcili keysəriyyə kəsiyi əməliyyatı təyin oluna bilər.
Lakin
əksər hallarda dölün boynuna göbək ciyəsinin dolanması ciddi
pozulmalara səbəb olmur. Dölün boynuna göbək ciyəsinin dolanması
keysəriyyə kəsiyi əməliyyatının aparılması üçün göstəriş sayılmır (döldə
və ciftdə ciddi pozulmalar aşkar olunmadığı halda).
Doğuş zamanı həkim və ya mama uşağın boynunu tez və səliqəli şəkildə dolanmadan azad edir və uşaq tam normal doğulur.
Dölün boynuna göbək ciyəsinin dolanması olan qadınlarda doğuşun aparılmasında müəyyən fərqlər var.
Bu
səbəbdən əgər sizdə bu patologiya aşkar olunubsa, mütləq bu haqda
doğuşu qəbul edən həkimə məlumat verin. Həkim doğuş zamanı uşağın ürək
döyünməsinə xüsusi diqqət yetirir. Doğuşun tez başa çatması üçün həkim
qadının aralıq nahiyyəsində kəsiklər (epiziotomiya) apara bilər. Uşağın
ürək döyünməsində pozulmalar əmələ gəldikdə, təcili keysəriyyə kəsiyi
əməliyyatı təyin oluna bilər.
Dölün
boynuna göbək ciyəsinin dolanmasının konkret səbəbləri yoxdur. Lakin
həkimlərin müşahidələrinə görə, bu patologiya daha tez hallarda dölün
xroniki hipoksiyası fonunda inkişaf edir. Xroniki hipoksiyanın səbəbləri
arasında:
- hamilə qadında anemiyanın (qanazlığı) olması,
- hamilə qadının az hərəkətli həyat tərzi,
- hamilə qadının havada az olması və s. ola bilər.
Göbək
ciyəsinin həddən artıq uzun olması da bu patologiyaya gətirib çıxarda
bilər. Bəzən göbək ciyəsinin uzunluğu 1 m çata bilər (normada 70 sm
kimi). Həkimlərin müşahidələrinə görə, göbək ciyəsinin uzun olması
irsiyyatda bu patologiyası olan (anada, nənədə və s olub) qadınlarda
daha tez-tez təsadüf edilir.
Dölyanı mayenin çox olması da dölün boynuna göbək ciyəsinin dolanmasına gətirib çıxarda bilər.
Bu patologiyanın profilaktikası üçün
-
qadın hamiləlik zamanı anemiyanın tez aşkar olunması üçün təyin olunmuş
vaxtlarda qan analizi verməlidir və anemiyanı müalicə etməlidir,
- tez-tez açıq havada gəzməlidir,
-
streslərdən uzaq olmalıdır. Həkimlər hamilə qadınlara hətta qorxulu və
kədərli filmlərə, kriminal xəbərlərə və s. baxmaq tövsiyyə etmirlər.
Stress zamanı orqanizmdə adrenalin hormonu ifraz olunur ki, bu dölün
hərəkətliliyini stimullaşdırır. Nəticədə çox fəal şəkildə hərəkət edən
döl göbək bağına dolana bilər.