Hamiləlik dövrü - 13. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 518
Səs ver:
(səs: 0)
Döl artıq getdikcə daha çox insana bənzəməkdədir. Gözlər başın yan tərəflərindən ortaya doğru sürüşməyə başlayır. Qulaqlar normal mövqesinə doğru hərəkətlənir. Çöldən baxıldığında körpənin cinsiyyəti asanlıqla müəyyən oluna bilər. Ancaq USM cinsiyyət ayırdı üçün hələ erkəndir. Çox nadir olaraq və keyfiyyətli cihazlarla bu həftədə də cinsiyyət təyin etmək mümkün olmaqdadır. Körpənin boyu bir az daha uzanır. Bu həftə ilk trimestrin son həftəsidir. Hamiləliyin yaratdığı şikayətlər heç qalmamışdır. Bu dövrdə çox yorulmamaq və mümkün olduğunca istirahət etmək lazımdır. Uşaqlıq böyüdükcə gərilir və ətrafını örtən və onu yerində tutan pərdələri də gərir. Bu yüngül bir qasıq ağrısı şəklində qəbul edilə bilər. Bu vəziyyət keçicidir və əhəmiyyətli deyil. Hər şeyə təsir edən hormonlar dəridə də dəyişikliklərə səbəb olurlar. Xüsusilə üz və boyunda ləkələnmələr ola bilər. Buna hamiləlik maskası adı verirlər. Keçici bir vəziyyətdir və doğumdan sonra düzəlir. Artıq qarnınız böyüməyə başlamışdır. Köhnədən olan paltarlar dar gəlməyə başlaya bilir. Hamilə paltarları almağın vaxtı gəlmişdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri