Hamiləlik dövrü - 16. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 123
Səs ver:
(səs: 0)
Bu həftədə gözlər və qulaqlar körpə doğulduğunda tapılacaqları son mövqelərinə gəlirlər. Göz qırpma kimi sadə reflekslər inkişafa başlayır. Bənzər şəkildə qulaqlar da son mövqelərini götürürlər. Bağırsaqlarda mekonyum adı verilən nəcis yığılmağa başlamışdır. Bu nəcis dölün udduğu dölyanı mayedən, tökülən hüceyrələr və həzm sistemi sekresiyalarından meydana gəlir. Diş pastası kimi həlməşik, tünd rəngli bir quruluşdur. Qan dövranı sistemi tam mənası ilə fonkisional olmuşdur. 120 qram olan körpə ovucunuza sığacaq qədər böyümüşdür. USM altında körpənin hıçqırdığı müəyyən oluna bilər. Bu tənəffüsün başlama işarələrindən biridir. Bu həftənin digər bir xəbəri də körpədəki işıq refleksinin ortaya çıxışıdır. Artıq bəbəyiniz nəzəri olaraq işığa reaksiya verə bilər. Bu həftə hər baxımdan olduqca əhəmiyyətlidir. Bir dəfə ana və ata olmağa namizədlərin ən çox maraqlandıqları mövzuların başında bəlkə də ilk sırada gələn körpənin cinsiyyəti bu həftədə açıqlığa qovuşur. Yaxşı bir USM cihazı və təcrübəli bir göz 16cı həftədə körpənin cinsiyyətini çox böyük bir ehtimalla təyin edər. Bəzi vəziyyətlərdə 12-14cü həftələrdə də cinsiyyət görülə bilər, ya da hamiləliyin son dövrlərinə qədər heç görülməyə bilər, lakin bu çox nadir bir vəziyyətdir. Bu həftələrdə körpənin cinsiyyətinin müəyyən olunması həkimin təcrübəsinə bağlıdır. Bu həftədə Daun sindromu baxımından son dərəcə əhəmiyyətli olan test edilə bilər. Bu test üçün ideal zaman aralığı 16-20ci həftələrdir. Təcrübəli ana olmağa namizədlər körpənin ilk hərəkətini bu həftədə hiss edə bilərlər. Ancaq hərəkətin hiss edilməməsi anormal bir vəziyyət olduğu mənasını verməz. İlk hamiləliyini yaşayanlarda bu 20 həftə ətrafında reallaşır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri