Hamiləlik dövrü - 17. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 201
Səs ver:
(səs: 0)
On yeddinci həftə çatdığında körpənin dəri altındakı piy anbarları yavaş yavaş dolmağa başlayır. Bu körpənizin sürətli böyümə mərhələsinə girdiyinin əlamətidir. Böyüməyə bağlı olaraq sizin də kilo artımınız bir qədər sürətlənəcək. Bu gələn həftəyə qədər 2-4 kilo arasında artırmanız normaldır. Körpənin bütün orqan sistemləri funksionaldır. Ayrıca içində üzdüyü mayesini ağciyərlərinə çəkməkdə və geri verməkdədir. Bu primitiv tənəffüs sayıla bilər. Körpənin doğum sonrası normal nəfəs alıb verməsini təmin edəcək sistemlərin yetişkinləşməsi üçün lazımlıdır. Ürəyi isə davamlı olaraq qanı nasosla vurmaqdadır. İnanması çətin ola bilər amma körpənizin ürəyi onun bədəninə gündə təxminən 25-30 litr qan vurur. Siz də qarnınızı əlləyərək uşaqlığınızın çatdığı ölçünü hiss edə bilərsiniz. Bu həftədə uşaqlığın təpə nöqtəsi göbək dəliyindən 3-4 barmaq aşağıda olur. Bir çox ana olmağa namizədlər bu həftələrdə körpələri üçün narahatlıq duymağa başlayırlar. Doğumun necə olacağı, körpənin sağlam olub olmayacağı narahatlıqları bu həftələrdə geniş yayılır. Ediləcək olan Daun testi bu narahatlıqları bir az azalda bilər. Hələ daha harada doğum edəcəyiniz və doğumu qəbul edəcək həkim haqqında qərar verə bilmədinizsə bu həftə bunun üçün yaxşı bir dövrdür.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 201
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri