Hamiləlik dövrü - 18. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 141
Səs ver:
(səs: 0)
Bu ana qədər hər şey yolunda gedir. Kiçik körpənizin sümüklərinin böyük bir qismi hələ daha rezin sərtliyində ancaq getdikcə sərtləşir və doğumdakı halını alır. Kafi kalsium qəbuluna laqeyd yanaşmamanız sümük yetişkinləşməsi üçün çox əhəmiyyətlidir. Ana qarnındakı körpənin oyanıq olma və uyğunlaşma periodları vardır. Körpə özünə uyğun və sevdiyi bir yuxu mövqesi seçə bilər və yuxu dövründə bu mövqeni ala bilər. Gözlərin üzərində qaşlar ortaya çıxmağa başlayır. Qız körpələrdə inkişaf edən yumurtalıqlarda primitiv yumurta hüceyrələri meydana çıxır. Bunlar daha sonra həyatı boyunca sahib olacağı və menopauzaya (Fizioloji olaraq aybaşının qadının yaşlanması ilə əlaqədar kəsilməsi) qədər hər aybaşı dövründə iştirak edəcəkləri yumurta hüceyrələrinə çevriləcəklər. Qız körpələrdə uşaqlıq tam meydana gəlmişdir. Kişi körpələrdə isə prostat vəzi inkişafını tamamlayır. Dəri altında qəhvəyi rengdə piy istehsal edən toxuma meydana gəlir. Dərini örtən krem şəklindəki maddə izlənilə bilər. Plasenta inkişafını tamamlamışdır və bu həftədən sonra qalınlığı artmır, yalnız diametri böyüyür. Çöldən baxıldığında qadının hamilə olduğu artıq çox rahat aydın ola bilər. Körpə hərəkətlərinin çoxu ana  tərəfindən hiss edilə bilər. Əgər hələ daha hiss etmədinizsə narahatlanmayın, 1-2 həftə daha çəkə  bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 141
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri