Hamiləlik dövrü - 19. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 802
Səs ver:
(səs: 0)
Əgər hələ də hamiləliyinizi həftə olaraq deyil, ay olaraq hesablayırsınızsa bu həftədən etibarən beşinci ayınıza girdiyinizi söyləyə bilərsiniz. Köhnə paltarlarınızın heç birinin sizə olmadığını hiss edəcəksiniz. Hamilə paltarlarının hər qadına çox yaraşdığını unutmayın. Fərq edəcəyiniz başqa bir dəyişiklik isə məmələrinizdəki qəhvəyi sahənin getdikcə böyüməyə başlamasıdır. Areola adı verilən bu bölgə məmənin yarısını örtə bilər. Bu normal bir vəziyyətdir və doğumdan sonra on ikinci aya qədər davam edə bilər. Bir çox işdə çalışan hamilə qadınlar günorta aralarında yarım saata qədər piyada gəzməyin özlərinə çox yaxşı təsir bağışladığını söyləyirlər. Siz də bunu təcrübədə yoxlaya bilərsiniz. Gəzmək həm bəbəyiniz həm də psixoloji vəziyyətiniz üçün faydalıdır. İçinizdə nələr olduğuna baxacaq olsaq, körpənizin bədəni kreməbənzər bir maddə ilə örtülmüşdür. Onun həssas dərisini uzun müddət suda qalmanın təsirlərindən qoruyacaq olan bu maddənin çox böyük rolu vardır. USM də isə körpənizin davamlı hərəkət halında olduğunu görə bilərsiniz. Bu hərəkətləri bir çox qadınlar ilk əvvəllər içində sanki bir kəpənəyin qanad çırpmasına bənzədirlər. Çox təəssüf ki hələ yoldaşınız sizin bu həyəcanınıza ortaq ola bilməyəcək. Çünki hərəkətlər hələ çöldən əllə hiss edilə biləcək qədər qüvvətli deyil.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri