Hamiləlik dövrü - 22. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 608
Səs ver:
(səs: 0)
Bu həftə çatdığında körpənizlə danışa bilər, ona bir şey oxuya bilər ya da mahnı söyləyə bilərsiniz. Çünki artıq o sizi eşidə bilər. Hətta eşitməklə bərabər səslərə reaksiya da verə bilər. Bu səbəbdən də körpə inkişafı üçün düzəldilmiş musiqi CDləri dinlədə bilərsiniz. Ana qarnında klassik musiqi dinləmənin ruhi inkişafa müsbət istiqamətdə təsiri olduğunu iddia edən işlər mövcuddur. Bunlar doğru olmasa belə kiçik körpənizlə birlikdə bir az musiqi dinləmənin, mahnı oxumanın ya da kitab oxumanın nə zərəri ola bilər ki? Hətta bəzi işlər körpəniz doğulmadan əvvəl ona oxuduğunuz kitabları, doğulduqdan sonra əmizdirərkən yenidən oxuduğunuzda kiçik balanızın daha güclü əməcəyini iddia edirlər. Fantastik, deyilmi? Körpənizdə bu inkişaflar olarkən siz də artıq tarazlığınızı təmin etməkdə vaxt getdikcə çətinlik çəkdiyinizi hiss edə bilərsiniz. Qarnınızın böyüməsi ilə əlaqədar beliniz də içəri doğru gənişlədiyindən bədəninizin tarazlıq mərkəzi yer dəyişdirməkdədir. Bu səbəbdən evdə tək olarkən duş qəbul etməməniz tövsiyə edilir. Yenə eyni səbəblər ilə tarazlığa söykənən idman növlərinə da ara verməniz lazımlı sayılır. Hamiləlik hormonlarına bağlı olaraq barmaq oynaqlarınıza qədər bütün oynaq və əzələ sisteminizdə boşalmalar olacaq. Bu sizə bel ağrısı olaraq əks oluna bilər. Bu həftələr həm tarazlıq problemləri həm də bel ağrıları səbəbi ilə yüksək dikdaban ayaqqabılara vida edilməsi lazım olan dövrlərdir. Hamiləliyinizin geri qalan qismində dabansız ayaqqabılar geyməniz narahatlıqlarınızı azaldacaq.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 608
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri