Hamiləlik dövrü - 26. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 317
Səs ver:
(səs: 0)
Körpənizin ağciyərlərində hava kisəcikləri meydana gəlməyə başladı. Doğumdan sonra hava ilə tənəffüs etməyi təmin etmək üçün ağciyərlər sürfaktan adı verilən bir maddə çıxararlar. Bu maddə, kiçik hava kisəciklərinin çeperlerinin bir-birinə yapışmasına mane olar. Bu sayədə hər nəfəs alışında kisəciklər hava ilə dolar. Bu həftədə körpənizin ağciyərləri sürfaktan çıxarmağa başladı, ancaq miqdarları təbii ki, kafi deyil. Erkən doğum hədəsi yaşayan gələcək analara edilən bəzi inyeksiyalar (müalicə) ilə bu maddənin istehsalını sürətləndirməyə çalışılar. Məqsəd erkən doğum olarsa körpənin tənəffüs problemi yaşamasının qarşısının alınmasıdır.  Edilən işlərdə 26 həftəlik körpələrin beyin dalğaları araşdırıldığında toxunmaya beyin dalğaları ilə cavab verdiyi müəyyən olunmuşdur. Ayrıca maraqlı bir tapıntı da qarnınıza qüvvətli bir işıq qaynağı söykədiyinizdə körpənin başını o istiqamətə çevirməsidir. Bu həftələrdə birdən birə qarnınızda bir sərtləşmə hiss edə bilərsiniz. Narahatlanmayın. Bu hamilə uşaqlıqda normalda görülən sıxılmalardır. Erkən doğum tehlükəsində isə sıxılmalar davamlı və müəyyən aralıqlarla gəlir. Nizamlı sıxılmaları təyin etmək üçün yoldaşınızdan kömək istəyə bilərsiniz. Yoldaşınız, əlinin ovuc sethini uşaqlığınızın tam təpə nöqtəsinə yerləşdirərək gözləməli. Bu həftədə uşaqlığın təpə nöqtəsi göbək dəliyinin təxminən 5 santimetr yuxarısındadır. Yoldaşınız 20 dəqiqəyə qədər bu şəkildə gözləyərək sıxılmaların varlığını və sıxlığını təyin edə bilər. Bu əməliyyatı özünüz də edə bilərsiniz, ancaq obyektiv olaraq deyerlendire bilmeyeceyiniz üçün yoldaşınızdan istəmənizdə fayda var. Sıxılmaları siz ağrı olaraq hiss etməyə bilərsiniz ya da çox yüngül aybaşı sancısı şəklində hiss edə bilərsiniz. Əgər bunların sıxlığı mövzusunda narahatlıqlarınız varsa dərhal həkiminiz ilə təmasda olmalısınız.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 317
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri