Hamiləlik dövrü - 28. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 880
Səs ver:
(səs: 0)
Bu həftə ilə birlikdə hamiləliyin ən çətin dövrlərindən biri olan üçüncü trimestr yəni son üç aya girmiş olursunuz. Bu həftədə körpəniz sürətlə böyüməyə davam edəcək və uşaqlığın içini mümkün olduğunca tutacaq. Uşaqlığınız  hardasa qabırğalarınız səviyyəsinə çatdı. Bu həftədə qıçlarınızda şişmə hiss edə bilərsiniz. 28ci həftədə həkiminiz sizdən qlükoza yükləmə testi istəyəcək. Bu testin məqsədi hamiləlikdə ortaya çıxan şəkər xəstəliyini yəni hestasion diabeti araşdırmaqdır. Yenə bu həftədə qan uyğunsuzluğunuz varsa həkiminizə bunu xatırladın. 28ci həftədə dünyaya gələn körpələrin təxminən 90%i yaşadılmaqdadır. Ancaq bu körpələrə reanimasiya şərtlərində tənəffüs dəstəyi lazımdır. Körpəniz davamlı uyğunlaşma və oyanma dövrləri keçirməkdədir. Zaman zaman gözlərini açıb bağlaya bilər. Qaşları inkişafını tamamlamışdır. Bədəni yağ depolamağa davam etməkdədir. Bu yağlar doğulduqdan sonra öz bədən istiliyini nizamlamada olduqca əhəmiyyətlidir. Bu həftədə körpənizlə rahatca danışa bilərsiniz, çünki artıq sizin səsinizi tanıyır!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri