Hamiləlik dövrü - 38. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 776
Səs ver:
(səs: 0)
37ci həftəni tamamladığınızda körpəniz və hamiləliyiniz son həddlərində olaraq qəbul edilir. Ancaq böyüməsi daha dayanmamışdır. Bədəni yağ depolamağa davam edir və gündə təxminən 15-30 qrama qədər yığılır. Ümumiyyətlə kişi körpələr qız körpələrdən daha çox yağ toplayar və bu səbəblə daha çətin doğulurlar. Körpəniz artıq kafi koordinasiyasnı təmin edəcək tutumdadır və əlləri ilə cisimləri rahatlıqla qavraya bilər. Əgər qarnınıza çox qüvvətli bir işıq qaynağı söykəsəniz üzünü o tərəfə doğru çevirəcək. Uşaqlıq içində nəfəs alıb vermə hərəkətləri edər və bunların USM də izlənilməsi körpənizin yaxşı vəziyyətdə olduğunun göstəricisidir. Dölyanı mayeyə görə körpənin ölçüsü çox artdığından hərəkət etməsi çətinləşər və körpə hərəkətlərində azalma fərq edə bilərsiniz. Bu həftəyə qədər uşaqlıq boynu (uşaqlığın „ağzı") selik tıxacı ilə bağlı idi.  Bu tıxacın məqsədi uşaqlığınızın içini və körpənizi xaricdən gələ biləcək mikrob və infeksiyalara qarşı qorumaqdır. Bu tıxacın uşaqlıq yolundan gəlməsi doğumun əlamətlərindən biridir və xalq arasında "probkanın çixması" olaraq adlandırırlar. Tıxac doğumdan bir neçə həftə əvvəl gələ biləcəyi kimi yalnız bir neçə saat əvvəl də gələ bilər. Tıxacı ümumiyyətlə qanlı selikli bir axıntı şəklində hiss edərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri