Hamiləlik dövrü - 39. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 493
Səs ver:
(səs: 0)
Əgər planlı Kesar olacaqsınızsa bu həftədən sonra hər hansı bir gündə etibarla doğumunuzu edə bilərsiniz. Bəzi vəziyyətlərdə normal doğum planlanan hamilələrdə həkiminiz süni sancı verərək doğumunuzu reallaşdıra bilər. Bu həftədə körpənizin baş ölçüləri ilə çanaq ölçüləri təxmini olaraq bir-birinə bərabərdir. Yağ toplayışı getdikcə yavaşladığından kilo alışı da yavaşlayar. Eyni şəkildə siz də daha az kilo götürməyə başlarsınız. Yanaqları və əmmə əzələləri tamamilə inkişaf etdiyindən və körpəniz davamlı içində üzdüyü mayeni udar. Bu maye ilə birlikdə dərisindən tökülən hüceyrələr bağırsaq məzmununu yəni nəcisini meydana gətirər. Bu nəcisə "mekonyum" adı verilər. Mekonyum tünd yaşıl-qara rəngli bir maddədir və körpə hər hansı bir səbəblə çətinliyə girdiyində ilk olaraq nəcisini edər. Zaman zaman qıçlarınızda elektrik çarpmasına bənzər şikayətlənmələr ola bilər. Bunun səbəbi körpəniz hərəkət edərkən uşaqlığın ətrafındakı sinirlərə toxunmasıdır. Yoldaşınız doğuma girmək istəmirsə onu sizə yoldaşlıq etməsi üçün razı sala bilərsiniz. Qadınların çoxu doğum əsnasında yoldaşları yanlarında olduğunda özlərini çox daha rahat hiss edərlər. Ancaq yoldaşınızı çox məcbur etməyin bəlkə özünü pis hiss edir və bunu sizə söyləməkdən çəkinir. Bəzi qadınlar isə yoldaşlarının özlərini o halda görməsi düşüncəsindən narahat olurlar. Əgər yoldaşınız doğuma qatılmaq istəyirsə ancaq siz bundan narahatlıq duyursunuzsa yoldaşınıza vəziyyəti açıqca izah edərək sizi başa düşməsini istəyə bilərsiniz. Siz istəmədiyiniz halda yoldaşınızın doğuma girmək istəyərsə bu halda qadınlara kiçik bir hiylə təklif edə bilərik. Gizlicə həkiminizlə danışın və yoldaşınızı içəri götürməməsini istəyin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 493
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri