Hamiləlikdə saç boyanması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 042
Səs ver:
(səs: 0)
Gözəlliyinə biganə qalmayan xanımlar hər zaman baxımlı olmağı, fərqli görünməyi sevirlər. Xanımı cazibədar göstərən elementlərdən biri də düzgün seçilmiş saç rəngləridir. Bildiyimiz kimi, saçların rənginin dəyişməsi kimyəvi prosesdir. Bəs o zaman sual yaranır: Belə olan halda hamiləlikdə saçları boyamaq olarmı?
 
Niyə olmaz?
Bu əslində çox aktual mövzulardan biridir. Bəzi xanımlar 9 ay saçını boyamadan gəzməyi qəbul edə bilmirlər, saçlarının cansız və cansıxıcı olduğunu söyləyirlər. Amma görək əslində bu necə olmalıdır?

"Hamiləlikdə saç rənglənməz” - əslində bu qəti fikirlə biz də razılaşmırıq, amma boyamanın da tərəfdarı deyilik. Bu məsələyə hər qadın öz orqanizminin fərdi xüsusiyyətlərini nəzərə alaraq yanaşmalıdır və ən əsası onun, körpəsinin sağlamlığını təhlil edən həkimin fikrinə əsaslanmalıdır. Məsələn, əgər siz qoxulara qarşı həssassınızsa, allergiyaya meyillisinizsə, o zaman rənglərdən uzaq durmağınız məsləhətdir. Çünki bu immun sistemini yükləməkdən başqa bir fayda verməyəcək.
Həmçinin hamiləlik hormonlarda baş verən ciddi dəyişikliklər dövrüdür. Ola bilər ki, boya sizin saçlarınızı pis hala salar, heç gözləmədiyiniz rəngi almış olarsınız. Bu yöndən də yanaşdıqda hamiləlikdə saç boyanması məsləhət görülmür.
 
Bəs rəngləməkdə israrlıyıqsa?
Bir məqamı da vurğulayaq ki, əgər saçlarınızın rəngini dəyişməkdə israrlısınızsa, o zaman bunu 2 və 3-cü trimestrlərə saxlasanız yaxşı olar. Çünki ilk 3 ayda dölün orqanları formalaşır. Bu isə o deməkdir ki, boyanın zərərli maddələri qan dövranınızla ona da ötürülür. Eləcə də boyamanı havalı otaqda edin ki, kimyəvi maddələrin havasını udmayasınız. Xüsusilə də rənglərin tərkibindəki ammoniyakla ehtiyatlı olmaq gərəkdir.
Nəinki hamiləlikdə, ümumiyyətlə adi vaxtlarda belə saç boyamağın zərərli olmasından danışılır. Cənubi Kaliforniya Universitetində aparılan araşdırmalar boyalardan istifadə edənlərin digərləri ilə müqayisədə xərçəng xəstəliyinə tutulma ehtimalının daha çox olduğunu araşdırıblar.
Əgər saçlarınızın təravətli və parlaq olmasını istəyirsinizsə, "körpəmə bir zərəri olmaz?” sualı qarşısında qalmısınızsa, heç tərəddüd etmədən xına, basma, qoz qabığı kimi təbii vasitələri seçə bilərsiniz.
 
Aygün Quliyeva
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 042
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri