Hamiləlikdə dəri dartılmalarına qarşı təbii yağlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 164
Səs ver:
(səs: 2)
Hamilələri narahat edən ən əsas xarici görünüş problemi dəri dartılmasıdır. Belə ki, hamiləlikdə dəri güclü dartılmaya məruz  qalır və bu zaman çatların əmələ gəlməsi hamilələrin əksəriyyəti üçün xarakterikdir. Bəs onların qarşısını almaq olarmı? Çatlar yaranmasın deyə hansı vasitələrdən istifadə etmək olar? Qeyd edək ki, 9 ay boyunca qadın öz gözəlliyinə və dəri sağlamlığına adi vaxtlardan daha çox diqqət etməlidir. Təbii yağlar dəri nəmlənməsi üçün ən faydalı və dölə heç bir zərəri olmayan üsuldur. Ancaq bu zaman da onlar bəzi məqamlara fikir verməldirlər.
1-ci trimestrdə - körpənin orqanlarının formalaşdığı zaman kimyəvi tərkibli kremlər və qulluq vasitələri məsləhətli deyil. Bədəni nəmləndirmək üçün zeytun yağı ən yaxşısıdır. Ən çox dəri dartılmaları 2-ci trimestrdən etibarən başlayır ki, onda da həkim göstərişi ilə xüsusi krem və gellərdən istifadə etmək olar.
Hamiləlik üçün ən faydalı yağlar sırasına lavanda, neroli və portağal yağı daxildir.

Hamiləlik  zamanı dartılmalarının qarşısını alan yağ maskası:
Zeytun yağı – 4  x/q.;
Lavanda yağı – 2 damcı;
Ətirşah yağı – 2 damcı;
Portağal yağı – 2 damcı
 
Bu maskanı hazırlayıb gündə 1 dəfə dərinizi, xüsusilə də sinə, qarın bölgələrini masaj edə bilərsiniz. Əgər hər gün maska hazırlamağa vaxtınız yoxdursa, o zaman bu qarışığı bankada 3 aya kimi soyuducuda saxlaya bilərsiniz.
 
Hamiləlik  zamanı dartılmalara qarşı yağlı masaj:
Hamiləliyin ikinci trimestrindən etibarən çalışmaq lazımdır ki, dəri hər gün masaj edilsin.  Xüsusilə süd vəziləri böyüdükcə gündə 1 dəfə bu qarışığı hazırlayıb, onunla dərini masaj edin ki, dəri problemlərinin qarşısı alınsın.

Jajoba yağı – 1 x/q.;
Ətirşah yağı – 2 damcı;
Portağal yağı – 1 damcı;
Efir yağlarıyla vanna qəbulu

Aşağıdakı təbii yağlardan hazırladığınız qarışığı ilıq vannaya əlavə edə bilərsiniz. Vanna qəbulu hamiləni rahatlaşdırar, stress atmasına kömək edər:
Buğda yağı – 1 x/q.;
Lavanda yağı – 1 damcı;
Neroli yağı – 1 damcı;

Bu qarışığı ilıq vannaya tökürsünüz. Həftədə 1-2 dəfə 15 dəqiqədən artıq olmayaraq, həmin vannanı qəbul edirsiniz. Qeyd edək ki, hamiləlik zamanı vanna qəbulu bir qədər təhlükəli olduğu üçün 15 dəqiqədən çox olmayaraq, 38 dərəcə temperaturlu suda qalmaq olar.
Vanna qəbulundan sonra qurulanmayın, təbii qurumağa çalışın.
 
Hamiləlikdə bu yağlar olmaz!
Hamiləlik zamanı efir yağlarının qəbulu 2 x/q və ya 4 damcını keçməməlidir. Amma bunlardan isə heç istifadə edilməməlidir:
reyhan;
zəncəfil;
sidr;
darçın;
çobanyastığı;
cövüz;
nanə;
ardıc;
cəfəri;
yovşan;
qızılgül;
rozmarin;
kəklikotu;
razyana;
sürvə.

Bəzi yağlar foto-zəhərlidir. Onlar günəşin təsiri altında dəriyə zərər vura bilər. Xüsusilə bu, sitrus efir yağlarına aiddir. Günəşə çıxmazdan öncə berqamot, limon, portağal, mandarin yağlarının istifadəsi mələhət deyil.

Hamiləlikdə ən faydalı yağ zeytun yağıdır
Zeytun yağı təkcə dəri dartılmalarının qarşısını almır, həm də artıq yaranmış "cızıq”ların azalmasına, itməsinə kömək edir. Zeytun yağını çəkdikdən və dəriyə "yeritdikdən” sonra mümkünsə geyim geyməmək, yaxşıca hopmasına imkan vermək lazımdır. Sonra isə salfetlə silmək olar.
Qeyd edək ki, zeytun yağı "gözəllik vitamini” sayılan E–nin mənbəyidir. O, dərinin nəmlənməsinə, uzun müddət nəmliliyini qoruyub saxlamağa kömək edir. Bununla da zeytun yağı dəri dartılmalarının qarşısını alır. Həmçinin zeytun yağı:
- Tərkibində omeqa – 3 olduğu üçün körpənin əsəb sisteminin də formalaşmasına müsbət təsir edir;
- Dölün inkişafı üçün zəruri olan maddələrdən ibarətdir;
- Çəkinin normada saxlanmasına kömək edir;
- Mədə-bağırsaq işini yaxşılaşdırır;
- Kalsium tərkibli olduğu üçün ana və körpənin sümük sisteminə də faydalıdır;
- Və ən əsası, hamilələrdə allergik reaksiyalara səbəb olmur.
 
Aygün Quliyeva
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 8 164
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri