Hamiləlikdə qripdən qorunmağın yolları...

Yeniləndi: 7-07-2014, 20:09
Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 12 049
Səs ver:
(səs: 0)

 

Xəstəliklərlə əlaqədar bu qaydalar vacibdir.
Havaların soyuqlaşmasıynan bərabər qrip epidemiyalarında artım olacağını deyən mütəxəssislər, hamiləlik dövründə qripə tutulmağın ən böyük səbəbinin isə "Görəsən qripə tutularammı? Körpəmə bir şey olarmı?" deyərək stresə girmək olduğunu deyir. Qadın həkimləri, hamiləlikdə "nə gözləsən onu yaşayarsan" qaydasının etibarlı olduğunu söyləyir.

Hamiləikdə qripdən qorunmaq üçün nə etməli?

Qadın Doğum Mütəxəssisləri, qripin bədən müqavimətinin zəiflədiyi zamanlarda, xüsusilə hamiləlik dövründə çox görüldüyünü ifadə edir. Tüstü, hamiləlik müddətində bədən müqavimətini zəiflədən digər faktorların (siqaret, spirt, stress kimi) aradan qaldırılmasının, bədən müqavimətini artırmanın, mikrobun keçiciliyinin qarşısını almağın xüsusilə hamiləlik dövründə böyük əhəmiyyət daşıdığını söyləyirlər.

Bədən müqavimətini artıracaq tədbirlər

* Sağlam və düzgün qidalanmaq.
* Bədənin imulitetini gücləndirmək üçün A, C vitamini kimi antioksidan vitaminlər olan yaşıl yarpaqlı tərəvəzlər, gül kələmi, kök yanında portağal, limon, kimi meyvələr yeyilməlidir.
* Bədən gümrahlığını artırmaq üçün hamiləlik ayına uyğun idman etmək.
* Bədən müqavimətini yüksək nisbətdə saxlayan stressdən uzaq qalmalı.
* Qrip stresi qripə birbaşa dəvətnamə hazırlayır, bu səbəblə stressdən uzaq dayanmaq lazımdır.
* Bədənin hərarətinə diqqət etmək lazımdır.

Mikrobla qarşılaşmamaq üçün nə etməli?

Əllərinizi yuyun, ən əhəmiyyətli orqan əllərdir. Əllər ən az 15 sn. sabun və isti su ilə yuyulmalıdır.
Yeməyə başlamazdan əvvəl, tualetdən sonra, çöldən evə gələndə, heyvanlarla təmasdan sonra mütləq əllər yuyulmalıdır.
Öskürərkən ağızınızı və burnunuzu mütləq dəsmalla bağlayın.
Qızdırma və ya keçici bir xəstəliyin əlamətləri varsa evdə qalın, istirahət edin. Yeməyinizə diqqət edin.

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 12 049
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri