Hamiləlik və məxmərək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 10 449
Səs ver:
(səs: 2)
Hamiləlik zamanı bir çox infeksiyalara rast gəlinir.Bunlar içərisində ən çox yayılan və daha çox ağırlaşmalar verən infeksiya məxmərəkdir.Buna görədə hamilə müraciət etdikdə ilkin olaraq məxmərək(rubella)infeksiyasi müayinə olunur.Bu infeksiya hətta dölə terotogen təsir edir.Ona görə bu infeksiyaya ciddi yanaşılmalıdır.

İnfeksiya dölə müxtəlif cür təsir edir:

-Dölün ölümü.
-Anadangəlmə ürək qüsurlari.
-Mikrosefaliya.

Müayinə zamanı qanda infeksiyanın anticimlərinin M və G formaları müayinə edilir.İnfeksiyanın qanda miqdarından asılı olaraq xəstəyə individual yanaşılır.
16 həftəyə kimi M və G formalar yoxlanılır,əgər M müsbət,amma G forması mənfidirsə bu xəstənin ilkin yoluxduğunu göstərir və bu çox ağir haldır.Bele halda anaya hamiləliyin pozulması təklif olunur.
Əgər əksinə G forması müsbət,M formasi mənfidirsə bu hamiləliyin pozulmasına göstəriş deyil.Bu halda heç bir müalicəyə ehtiyac yoxdur,bu sadəcə olaraq orqanizmdə bu infeksiyaya qarşi immunitetin olduğunu göstərir.
Əgər heçbir formasi çixmasa,yəni seroneqativ olsa onda xəstəni iki-üç həftədən bir təkrar müayinəyə alırıq ki,ilkin yoluxma olarsa xəbərimiz olsun.
Rubellanın müalicəsi yoxdur,sadəcə olaraq ehtiyac olduqda simptomatik müalicə aparılır.


Dr. Sevinc Qəhrəmanova
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 10 449
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri