Miqreni olan qadınlara həkim məsləhəti: hamilə qalın

Müəllif: Qlamurr
Şərhlər: 5
Baxılıb: 2 873
Səs ver:
(səs: 1)
Şiddətli baş ağrıları ilə müşahidə edilən miqren qadınlarda daha çox rast gəlinir. Hamiləlik dövründə dərman qəbul edilməməsi miqren xəstəsi olan qadınları narahat etsə də, araşdırmalar başqa faktı sübut edib. Məlum olub ki, hamiləlik və süd vermə müddətində miqren hücumları azalır.
Aile.lent.az türkiyəli həkim mütəxəssis Hale Gökmenin miqren haqqında açıqladığı çoxlarına məlum olmayan faktları təqdim edir.
Həkim bildirib ki, menstruasiya vaxtı miqren hücumlarını artır. Bunun da səbəbi o dövrdə estrogen səviyyəsində baş verən dəyişikliklərdir. Lakin hamiləlik müddətində qadınlar menstruasiya olmadıqları üçün bu qıcıqlardan da azad olurlar. Bu isə birbaşa olaraq miqren hücumlarını azaldır: "Hamiləlik zamanı miqren tutmaları baş verərsə, məhdudlaşdırılmış və hamiləliyə uyğun müalicə kursu təyin edilir. Çünki hamiləlik müddətində müalicə fərqli olur. Hücumların sayını azaltmaq üçün mütəmadi olaraq istifadə edilən dərmanların çoxu hamiləlikdə qadağan edilir. Xəstənin vəziyyətinə, ağrıların sıxlığı və ağırlığına görə uyğun dərman seçilir. Lakin bəzi kartizon tərkibli dərmanlar hamilələrə də verilə bilər. Yəni hətta hamiləlik vaxtı şiddətli miqren hücumlarının belə qarşısını almaq olar”.
H. Gökmen miqrenin əsasən hormonlarla bağlı olduğunu vurğulayıb. Doğuşdan sonra isə körpənin stressi, nizamlı yuxu yatmamaq və hormonal dəyişikliklərdən dolayı miqren hücumları tez-tez baş verə bilər. Araşdırmalar isə sübut edib ki, süd verən analarda miqren hücumları daha az müşahidə edilir. Çünki uşaq əmizdirən qadınların qanındakı estrogen səviyyəsində dəyişiklik baş verir.
Yuxu nizamsızlığı miqren problemini qabardır
Həkim onu da əlavə edib ki, miqren uşaqlar daxil olmaqla hər yaşda müşahidə edilə bilən sağlamlıq problemidir. Daha çox 30-39 yaş insanlarda müşahidə edilir. Miqren genetik olaraq keçən xəstəlikdir, auralı və aurasız olmaqla iki yerə bölünür: "Miqren hallarının 75 faizi yüngül miqren deyilən aurasız miqren tipidir. Miqren hücumlarının yaranmasına yuxu nizamsızlığı, stress, stressdən sonrakı dövr, küləkli hava, aclıq, parfüm kimi qoxular, boyun ağrısı, qadınlarda menstruasiya dövrü, hamiləlikdən qorunma həbləri, cinsi aktivlik, gur işıq, idman və siqaret kimi amillər səbəb olur”.   
 
Ağrıkəsicilər miqrenə pis təsir edir
Çoxları miqren hücumlarından xilas olmağın ən asan yolunu ağrıkəsicilərdə görür. Həkim bildirir ki, insan miqren hücumlarına səbəb olan amillərdən uzaq durarsa, problemi də nəzarətdə saxlaya bilər: "Hər zaman eyni saatda yatmaq və oyanmaq, nizamlı qidalanmaq, siqaretdən uzaq durmaq vacibdir. Çin yeməklərindəki süni dadlandırıcılar kimi bəzi qidalara qadağa qoymaq lazımdır. Miqreni olan insanlar həyatlarının müəyyən vaxtlarında bunu daha şiddətli yaşayırlar. Miqrenin xronikiləşməsinin qarşısını almaq üçün və ayda 4-5 dəfə miqren hücumuna məruz qalan insanlar mütləq həkimə müraciət etməlidirlər. Çünki daim ağrıkəsicilərə xilas yolu kimi baxmaq bu problemi daha da dərinləşdirə bilər”.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 873
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri