Son
günlər dünya mətbuatında ana bətnindəki əkizlərdən birinin digərini
yeməsi haqqında xəbərlər dolaşır. Bunun bir əfsanə və ya gerçək olması
isə hələlik məlum deyil. Türkiyəli qadın xəstəlikləri və doğuş
mütəxəssisi Can Şener bu hadisəni maraqlı faktlarla izah edib.
Sirr deyil ki, hamiləlik müqəddəs, lakin bir o qədər də çətin
prosesdir. Hamiləliyin və doğuşun nə qədər çətin bir imtahan olduğunu
xüsusilə əkiz körpə gözləyən qadınlar daha çox bilir. Bəzənsə ətrafdan
alınan səhv məlumatlar bu prosesi daha da çətin bir hala gətirir: "İstər
eyni, istər fərqli cinsdən olan iki körpəyə eyni anda sahib olmaq çox
gözəl görünsə də, hamiləlik müddəti, doğuş, doğuşdan sonra eyni anda iki
körpəyə baxmaq və böyütmək fiziki, sosial, iqtisadi problemlər yaradır.
Əslində insan bədəni üçün təkamül quruluşuna görə bir geriləmə kimi
qəbul edilən əkiz hamiləlik çox zaman ağır və faciəli fəsadlara səbəb
olur. Bu cür fəsadlardan biri də xalq arasında səhv adlandırılan
"əkizini yeyən körpə" əfsanəsidir. Əlbəttə ki, həqiqi mənada belə bir
şey mümkün deyil".
C. Şener sadəcə olaraq bu əfsanənin ortaya çıxmasına səbəb ola biləcək
bəzi fəsadların olduğunu deyir. Uzman həmin fəsadları bu ardıcıllıqla
sadalayıb:
1. Bəzən hamiləliyin erkən dövründə dölün biri ölür, ya qanama
nəticəsində itir, ya da bədən tərəfindən əmilir. UZİ əkiz hamiləlik
diaqnozu qoyduqdan qısa bir müddət sonra ikinci körpə ortadan qalxır,
yəni sanki itir.
2. Xüsusilə tək yumurta əkizlərində birinin digər əkizə qanla transferi
reallaşır. Ana bətnindəki əkizlərdən biri digərinin qan qaynağının
əhəmiyyətli bir qismini özü üçün istifadə edir, özü təhlükəli böyümə və
ürək çatmazlığı riskini aradan qaldırır, lakin qardaşının (bacı)
qidalanması və çox vaxt ana bətnində ölümünə səbəb olur.
3. Çox vaxt 20 yaşlarında gənc qızlarda yaranan yumurtalıq şişi olan
kistik teratomlar da bədəndə olan uşağa bitişik olur və onun əkizi kimi
görünür. İnsanı yaradan bütün hüceyrə təbəqələrindən təsadüfi toplanmış
bir hüceyrə yığını olan bu şişlərin tərkibində çox vaxt saç və diş
strukturlarına belə rast gəlinir.
Türkiyənin digər qadın xəstəlikləri və doğuş mütəxəssisi Suat Süphan
Erşahin də əkizlərdən birinin digərini yeməsinin reallığa uyğun olmayan
bir hal olduğunu deyir. Lakin o, "twin- twin" deyilən bir sindromun
olduğunu da vurğulayır: "Bu sindromda bir körpənin qanı digər körpəyə
keçir. Bir körpə həddindən artıq inkişaf etdiyi halda, digər körpədə
zəiflik baş verir, körpə qidalanmır və ölümlə nəticələnir. Bu, yalnız
tək plasenta və tək amniyon kisəsi olan hamiləliklərdə ola bilən
haldır".