Hamiləlikdə qəbizliyin müalicəsi: nə etmək olar?

Müəllif: Qlamurr
Şərhlər: 5
Baxılıb: 10 776
Səs ver:
(səs: 0)
Həkimlər tez-tez təkrar edir ki, qəbizliyin ən yaxşı müalicə üsulu onun qarşısını almaqdır. Bu xoşagəlməz pozulma xəstəyə çoxlu narahatlıq verir, bədənin intoksikasiyasına (zəhərlənmə) səbəb olur.
Xroniki qəbizlik bir çox ciddi bağırsaq xəstəliklərinin riskini artırır.
 
Hamiləlik zamanı qadınların əksər hissəsində qəbizlik inkişaf edir. Böyümüş uşaqlıq bağırsaqları sıxır, onların fəaliyyəti və boşalması çətinləşir. Həmçinin qadının orqanizmində baş verən hormonal dəyişikliklər də bağırsaqların fəaliyyətinə təsir edir.
Hamiləlik zamanı qəbizlik xüsusilə təhlükəlidir. Bu səbəbdən hamilə qadında qəbizlik inkişaf edibsə, mütləq həkimə müraciət etməlidir.
Kəskin qəbizliyin müalicəsi üçün çoxlu sayda vasitələr mövcuddur. Lakin bu vasitələrin bəziləri hamiləlik zamanı istifadə oluna bilməz.
- İmalə. Hamiləlik zamanı imalədən istifadə etmək olmaz. İmalənin istifadəsi doğuşun başlanmasına səbəb ola bilər.
- Bağırsaqlara qıcıqlandırıcı təsir edən dərmanlar (bisakodil, sənna otu və s). Bu dərmanların təsirindən bağırsaqların sinir hüceyrələri aktivləşir, bağırsaqların tonusu artır. Lakin hamiləlik zamanı bu təhlükəlidir. Bağırsaqların tonusunun artması uşaqlığın tonusunun artmasına səbəb ola bilər. Bu isə hamiləliyin pozulmasının riskini artırır.
Bundan əlavə, bu dərmanların tərkibində olan maddələr dölə mənfi təsir edə bilər.
- Laktuloza (düfalak). Tərkibində laktuloza olan preparatlar hamiləlik zamanı istifadə oluna bilər. Bu preparatlar bağırsaqlarda nəcis kütləsinin həcmini artırır, onu daha sulu edir, bağırsaqların hərəkətliliyini artırır. Bütün bunlar isə bağırsaqların boşalmasını asanlaşdırır.
Laktuloza əsasında preparatlar axşam yatmazdan əvvəl qəbul edilir. Dərman səhər təsir edir.
Lakin bir çox hallarda laktulozanın qəbulu zamanı güclü meteorizm (köp), qarında ağrılar, diskamfort inkişaf edir. Bəzi qadınlarda laktulozanın qəbulu ishala gətirib çıxarda bilər.
- Mikroimalə (melilaks və s.). Hamiləlik zamanı istifadə olunur. Mikroimalənin təsirində nəcis kütləsi yumşalır və bağırsaqlar tez bir zamanda boşalır. Laktulozadan fərqli olaraq, mikroimalə tez təsir edir və onun təsiri yalnız bağırsağın az bir hissəsini əhatə edir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 10 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri