Tez hamilə qalmaq üçün nə etmək lazımdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 22 361
Səs ver:
(səs: 2)
Bir çox ailə hamiləlikdən qorunmaq üçün ən asan yolları tapmağa çalışarkən , uşaq sahibi olmaq istəyən bir çox ailələri narahat edən fez bir zamanda necə hamiləliyə çata biləcəkləri fikridir. Məsələ ondadı ki, hamiləlikdən qorunmaq üçün çalışan ailələr bəzən hamiləlik kimi sürprizlərlə qarşılaşarkən, hamiləliyə hər vəchlə çatmaq istəyən ailələrin arzuları arzu olaraq qalır...
Asan hamilə qalmaq üçün nələr edilməsi lazım olduğunu sizlərə çatdırmaq, əlbəttə, bizim bir vəzifəmizdir. Siz də maraqlanırsınızsa oxumağa davam edin.

Bu mövzuda ilk diqqət yetirməniz lazım olan , yoldaşınızla doğru zamanda cinsi əlaqəyə girmək zamanıdır. Çünki hər qadının özünə məxsus mayalanma dövrü var və bu dövr xaricindəki sınaqlarda müvəffəqiyyətsiz nəticələr almanız təbiidir. İki adət(aybaşı) dövrünün tam ortasında qadın rəhminə yeni yumurta düşür ki, məhz bu dövr hamilə qalmaq üçün lazım olan ən əhəmiyyətli dövrdür. Bu səbəbdən ən asan yolla hamilə qalmaq üçün adət dövrü başladıqdan iki həftə sonra cinsi əlaqə, həm də bir gün deyil, bir neçə gün ərzində həyata keçirilməlidir. Bu hamilə qalmaq şansınızı artırmış olacaq.

Tezliklə uşaq sahibi olmaq istəyən cütlərdə , həm ana namizədi həm də ata namizədi zərərli maddələr istifadə etməni bıraxmalıdırlar . Bu maddələr arasında siqaret və spirtli içkilər kimi birbaşa zərərli maddələrlə bərabər , çay , qəhvə , kola kimi içkilər də məhdudlaşdırılmalıdır. Bu tip məhsullar ananın hormonlarına təsir etməklə yanaşı , atanın sperma sayı və keyfiyyətinin də aşağı düşməsinə səbəb olurlar.

Cinsi əlaqədə kişinin üstdə olduğu mövqelər hamilə qalmaq üçün daha uyğun mövqedir . Çünki spermalar bu mövqelərdə rəhmə doğru daha asan bir şəkildə yol alır , bu isə döllənməni asanlaşdırır . Cinsi əlaqənin ardından bir müddətə yanlarınızı yuxarı doğru qaldıraraq saxlamaqla və gözləməklə(ən yaxşısı bir yastıq qoymaqla) spermaların yumurtaya daha asan çatmasını təmin edə bilərsiniz.

Son tövsiyyəmiz isə psixoloji və ruhi faktorlardan asılıdır . Rahat və gözəl əhval - ruhiyyə cinsi əlaqədə hamilə qalmağı asanlaşdırır. Çünki bu vəziyyətlərdə qadın cinsi orqanı çox daha çox ıslanmaqla beləcə spermaların keçişini olduqca asanlaşdırır . Istəksiz , bədbəxt və hamilə qalmaq fikrini başa taxaraq edilən cinsi əlaqədə təəssüf ki, kafi sürüşkənlik meydana gəlmir və hormonlar da hamiləliyə uyğun şəkildə fəaliyyət göstərmir .
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 22 361
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri