Düzənli cinsi əlaqə hamilə qalmağı asanlaşdırır

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 5 840
Səs ver:
(səs: 0)
Araşdırmaya görə, nizamlı seks qadınların immunitet sistemini hazırlayır və körpə sahibi olma şansını yüksəldir. Elm insanları bütün ay boyunca nizamlı seks etməyin qadının immunitet sistemini dəyişdirdiyini, körpə üçün bədəni daha qonaqpərvər etdiyini kəşf etdi. İmmunitet sistemində dəyişiklik deyərkən, bədəninizin normalda bir xarici zəbtçi olaraq qəbul edəcəyi sperma ya da embrionları qəbul etmə ehtimalının yüksəlməsindən bəhs edilir. Yəni yumurtlama dövründə (yumurta yumurtalıqlardan salındığında, menstruasiya dövrünün ortasında) bədən hamilə qalmağa daha hazırlıqlı olur.

Edilən araşdırmada 30 sağlam qadının menstruasiya dövrü qiymətləndirildi. Qadınların yarısı cinsi baxımdan aktiv, digər yarısı deyildi. Nəticə olaraq aktiv olan qadınların bir hamiləlik meydana gəlməsinə imkan verəcək immunitet sistemi dəyişiklikləri yaşadığı müşahidə edildi. Xüsusilə cinsi baxımdan aktiv qadınların köməkçi T hüceyrələrində daha çox dəyişiklik vardı. Ayrıca, cinsi olaraq aktiv qadınlarda, ağ qan hüceyrələri tərəfindən ifraz olunan anticisimlərin səviyyələri faydalı dəyişikliklər göstərirdi.

Araşdırmaçılar mövzuyla əlaqədar belə deyirlər:
"Qadın bədəni çətin bir ikiləmdə gəzişmək məcburiyyətindədir. Özünü qorumaq üçün bədən xarici işğalçılara qarşı tədbir görməli amma bunu sperma və embrionlara da etsə, hamiləlik meydana gələ bilməz. Qadınların sınadığı immunitet dəyişmələri bu problemə həll ola bilər. Əslində immunitet sisteminin ictimai bir davranışına cavab verməsini görürük: Cinsi fəaliyyət. Cinsi olaraq aktiv qadınların immunitet sistemi, hamiləlik ehtimalı üçün özünü öndən hazırlamağa başlayır."
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 840
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri