Hamiləlikdə düzgün qidalanma

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 691
Səs ver:
(səs: 0)
Dünyaya gəlmək üzrə olan yeni bir körpə, mövcud həyat tərzinizi nəzərdən keçirməniz üçün vacib bir səbəbdir. Hamiləlik çox qadına sağlam yemək yemə, daha çox məşq etmək və təhlükəli vərdişlərini sadələşdirmək üçün lazım olan motivasiyası təmin edər. Əgər bu sağlam vərdişlərə hamiləlik əsnasında sahib olsanız, körpə doğulduqdan sonra davam etdirməniz çox daha asan olar. Yəni daha sürətli kilo verər, körpənizə verəcək daha çox enerjiniz olar və göz açıb bağlayana qədər köhnə (ya da yeni və daha yaxşı) halınıza qovuşarsınız.. Əslində onsuz da sağlam bir həyat tərziniz varsa, işə bir addım qabaqda başlayırsınız deməkdir. Hamiləlik, vərdişlərinizin ancaq bir- iki dənəsini dəyişdirə bilər, çoxunu deyil. Keçmişdə etmiş olduğunuz seçkilərin hamısı məqsədəuyğun olmasa da, yeni bir başlanğıc etmək üçün heç də gec deyil.

Bu hissə sizə hamiləlik əsnasında özünüz və körpəniz üçün ən doğru seçimləri necə edə biləcəyinizi göstərəcək. Sağlam seçimlər etmənizin bir başqa faydası da ailənizin digər fərdləri üzərində edəcəyi müsbət təsirdir. Sağlam yemək yeməyə və daha çox məşq etməyə başlarsınızsa, partneriniz də eyni şeyləri edə bilər.

Hamiləlik pəhrizi
Əgər diyetiniz dörd dördlük deyilsə, yəni, tez-bazar sevirsinizsə, nahar atlama meyliniz varsa ya da məhdud ədəddə yemək qəbul edirsinizsə, bu vərdişlərinizi dəyişdirməyə dərhal başlamalısınız. Əslində, sağlam qidalanma, başından bəri hamiləlik planınızın bir parçası olmalıdır, çünki körpənizin həyati orqanlarının bir çoxu hamiləliyin ilk həftələrində meydana gələr. Sağlam qidalanma, dölün erkən inkişaf dövründə ideal şərtlərin meydana gəlməsinə köməkçi olar. Hamiləliyiniz əsnasında dəmir, kalsium, folik turşu və bənzəri vitamin və qida maddələrinə daha çox ehtiyacınız olacaq.

Gündə ən az üç ara pay yemək və bu paylarda da sağlam yeməklərə yer vermək sağlam qidalanmanın və lazımlı qida maddələrini almanın doğru üsullarından biridir.Yeməklərin üzərindəki etiketlərdə yazılı ehtiva etdiyi maddələr siyahılarına və qida məlumatlarına da diqqət edin. Bu məlumatlar yediklərinizdəki kalorisi yüksək amma qida dəyəri aşağı şəkər və yağlara diqqətinizi çəkəcəkdir. Aynca çox duzlu yemək qəbul etmək də təhlükəlidir. Əgər əkizlərə ya da ikidən çox körpəyə hamiləsinizsə daha çox kaloriyə və qida maddəsinə ehtiyacınız ola bilər. Nə qədər kaloriyə ehtiyacınız olduğu mövzusunu həkiminizlə məsləhətləşin.

Uzaq dayanılması lazım olan yeməklər:


Az bişmiş ət, toyuq məhsulları və yumurta: Eynilə hamilə olmayan qadınlar kimi hamilələr də az bişmiş yeməklər qəbul etdiklərində qida zəhərlənməsi yaşaya bilərlər amma hamilələrinki hamilə olmayanlardan daha ağır ola bilər. Nadir olaraq görülməklə birlikdə, körpəniz də zəhərlənə bilər. Bu cür xəstəlikləri önləmək üçün bütün ət və toyuq məhsullarını yaxşıca bişirin. Ətin yaxşıca bişdiyini anlamaq üçün ət termometri istifadə edin. Əgər bifşteks ya da bonfile yeyirsinizsə orta bişmiş ya da ortayla az bişmiş arası olaraq istehlak edə bilərsiniz. Yumurtanın sarısı və ağı qatılaşana qədər bişirin və çiy ya da qismən bişmiş yumurtayla edilən yeməklərdən uzaq durun. Çiy yumurtada salmonella bakteriyası ola bilər.

Pasterizə edilməmiş yeməklər: Aşağı yağlı süd məhsulları sağlam bir diyetdə yer ala bilər amma pasterizə edilməmiş süd ehtiva edən qidalara əsla keçid yoxdur, çünki bunlar qida qaynaqlı xəstəliklərə yol aça bilərlər.

Yuyulmamış məhsullar: Hamiləlik əsnasında çiy meyvə və tərəvəz yemək çox yaxşıdır amma yaxşıca yuyunmuş olmalarına diqqət yetirdiyiniz müddətcə. Xüsusilə də bağ, bağça və bostanlardan və bazardan alınanlara diqqət yetirmək lazımdır çünki bunlar çox vaxt yaxşıca təmizlənməmiş olar.

Yüksək miqdarda ciyər: Hamiləlik əsnasında ciyər qəbul edilə bilər amma həddindən artığa qaçmamaq şərtiylə. Ciyər yüksək miqdarda A vitamini ehtiva edər. Çox miqdarda qəbul edilməsi A vitamini zəhərlənməsinə və doğum qüsurlarına yol aça bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri