Uşağa qalmaq üçün nə yemək lazımdır?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 4182
Səs ver:
(səs: 0)
Ümumilikdə sağlam pəhriz önəmlidir, lakin sizə hamilə qalmağa kömək edən qidalarda müəyyən vitamin və mineralların miqdarı daha çox olur. Bunlara dəmir, əsas yağlı turşular, kalsium, vitamin D və hər şeydən önəmli fol turşusu daxildir. Aşağıda əhəmiyyətli qidalandırıcıların zəngin olduğu mənbələr verilmişdir.

Dəmir - Ən yaxşı mənbəyi heyvan məhsullarındadır, xüsusən yağsız qırmızı ət, yağlı balıq, molyusk (molyusk, istridiyə), toyuq və yumurtalar. Digərlərinə tün daşıl yarpaqlı tərəvəzlər (kələm, isanaq, İsveçrə manqoldu), noxud, lobya, mərci və qurudulmuş meyvələr daxildir. Bununla yanaşı, Vitamin C bol olan meyvələri yeyin ki, dəmir absorbsiyasına kömək etsin.

Əsas yağ turşuları - bu yağ turşuları körpənizin sinir sisteminin inkişafı üçün vacibdir. Əsas yağlı turşuların faydalı mənbəyi balıqlardır, xüsusən də, yağlı balıqlar. Həftədə iki porsiya balıq yemək (biri yağlı balıq olmaq şərtilə) kifayətdir.

Vitamin C - Qırmızı şirin bibər, çiyələk, kivi, portağal, qreypfrut, limon, brokkoli, ispanaq, İsveç manqoldu, papaya, pomidor və cəfərinin tərkibində olur.

Kalsium - Kalsium mənbələri süd məhsulları (süd, pendir, qatıq), tünd yaşıl yarpaqlı tərəvəzlər (kələm, ispanaq, İsveç manqoldu), sardana, istridiyə, brokkoli, badam və Brüssel kələmidir.
Kalsium zəngin olan yeməkləri dəmir zəngin olan yeməklərdən ayrı yeməyə çalışın, çünki kalsium və dəmir bir-birinin absorbsiyasına mane olur.

Vitamin D - Kalsium absorbsiyası üçün vacibdir. Yağlı balıqlarda (sardana, siyənək, makrel, qızıl balıq), yumurta və zənginləşdirilmiş qidalarda (çörək, taxil məhsulları) tapılır.

Fol turşusu - Tünd yaşıl yarpaqlı tərəvəzlər, brokkoli, qulançar, çuğundur, gül kələmi, lobya, mərci, Brüssel kələmi, avokado və köklu tərəvəzlərdə rast gəlinir. Bu vitaminin inkişaf edən körpəniz üçün əhəmiyyətini "fol turşusu və hamilə qalmaq” haqqında məqaləmizdə oxuyun.

Piylənmə, aşağı çəki, siqaret çəkmə və həddindən artıq spirtli içki qəbul etmə hamilə qalmaq şanslarınızı azaldır. Əgər tezliklə hamilə qalmağı planlaşdırırsınızsa, siqareti tərgidin,sağlam qidalar qəbul edin və hamilə qalmağı planlaşdırmazdan əvvəl müntəzəm olaraq idmanla məşğul olun. Əgər hamilə qalmaq istəyirsinizsə, spirtli içki içməyi dayandırın və ya həftədə bir və ya iki dəfə içməklə kifayətlənin.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4182
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
krisa
Hedden artiq cekinin az olmasi ve piyleme buna inaniram hardasa.Amma yene Qurban olum Allaha özü bilen meslehetdir.Qismet ne vaxtdir.Menden cox qarabasaq yeyen yoxdur.Bir defe rus kanallarinin birinde esitmisdim ki,qarabasaqin terkibinde fol tursusu var.Òzüm de cox xoslayanam qarabasagi.(yani qreckani)ne olsun.Heleki bir effekt yoxdur.
26 noyabr 2016 00:22
4
Offline
arzum-aysum
Her şey təbii ki, Allahın əlindədir
25 noyabr 2016 23:59
3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
vipbetul
evli xanimlar oxusun
25 noyabr 2016 22:03
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
evli.mutlu.cocuklu
Boş şeylərdi hər şey Allahın əlindədi hər şey
25 noyabr 2016 21:22
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri