Hamiləykən əmizdirə bilərəm?

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 5 626
Səs ver:
(səs: 0)
Bu mövzuda da xalq arasında bir çox yerli-yersiz inanış mövcuddur. Əmizdirmə müddətində hamilə qalınmayacağı -digər bir deyişlə ‘süd qoruyar' əfsanəsi, hamiləykən körpni əmizdirmənin körpəni zəhərləyə biləcəyi kimi görüşlərin tamamilə səhv olduğunu ifadə edək.
Əmizdirməyə davam edə bilərəmmi?
Beynəlxalq əmizdirmə quruluşu La Leche League, hamiləykən əmizdirmənin tamamilə etibarlı və sağlam olduğu istiqamətində anaları cəsarətləndirir. Əgər hamiləliyinizlə əlaqədar hər hansı bir sağlamlıq probleminiz yoxsa körpənizi etibarla əmizdirməyə davam edə bilərsiniz.

Əmizdirmək, körpəni qidalandırmağın ən təbii və sağlam yolu olduğu qədər, ana və körpənin ünsiyyət qurması üçün də lazımlı bir təcrübə. Qardaş-bacı gəlir deyə körpənizi südünüzdən və gündəlik qucaqlaşmalarınızdan məhrum etməmək üçün bunlara diqqət yetirməniz kafi:

Hamiləliyinizlə əlaqədar hər hansı bir sağlamlıq probleminiz olmadığı istiqamətində həkiminizdən təsdiq alın.

Yaxşı qidalanın. Əmizdirirkən, gündə ortalama 650 kaloriyə daha ehtiyac duyarsınız. Əgər körpəniz başqa qidalarla da qidalanırsa bu miqdar 500 kaloriyə düşər amma yenə də hamilə deyilkən almanıq lazım olan kaloridən çoxuna ehtiyacınız olar. Bunu kompensasiya edə bilmək üçün qida dəyəri yüksək, sağlam qidalarla qidalanmağa diqqət göstərməlisiniz. Köməyə ehtiyacınız olsa bir qidalanm məsləhətçisinə müraciət etməkdən çəkinməyin.

Əgər çətin bir hamiləlik keçirirsinizsə və erkən doğum riskiniz varsa, xüsusilə həkiminiz hamiləliyiniz boyunca cinsi əlaqədən uzaq dayanmanızı təklif etdisə, əmizdirmə mövzusunda da özünüzü məhdudlaşdırmanız gərəyə bilər. Çünki orgazm əsnasında ifraz olunan oksitosin hormonu, əmizdirərkən də ifraz olunar və eyni zamanda doğumun başlamasına səbəb olan hormondur. Əgər oksitosinden qaçmanızı tələb edəcək bir probleminiz varsa, həkiminizlə məsləhətləşməyə laqeyd yanaşmayın.

Hisslərinizi dinləyin. Körpənizi əmizdirmək hər vaxt yaxşıdır ancaq özünüzü yaxşı hiss etmirsinizsə, psixoloji olaraq əmizdirmək sizə çox gəlməyə başladısa, azaltmanızda bir qorxu olmadığını unutmayın.

Özünüzü yormayın. Əmizdirərkən mövqenizə diqqət edin, hamiləlik boyunca əhəmiyyətli bir çevrilmə keçirən bədəninizi yoracaq hərəkətlərdən və mövqelərdən qaçırın. Daim ən rahat olduğunuz mövqedə əmizdirməyə diqqət edin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri