Hamilə qalmaq üçün nə etməli?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 10 052
Səs ver:
(səs: 2)
Hamilə qalıb ya qalmamanız şübhəsiz ki, əvvəlcədən bilinə bilməz. Heç bir həkim ya da insan heç kimə uşağın olar ya da olmaz deyə zəmanət verə bilməz. Əlbəttə edilən araşdırmalarda uşaqlığı, yumurtalıqları ya da xayaları (kişilərdə) olmayan cütlərdə təbii olaraq hamiləlik olmayacağı müəyyəndir. Ancaq anatomik olaraq heç bir problem olmasa belə qorunmasız cinsi əlaqə ilə keçən bir ilin sonunda cütlərin 15% də açıqlana bilməyən bir şəkildə sonsuzluq problemi olduğu unudulmamalıdır.

Hamilə qalmağa qərar verildiyində təbii olaraq ilk ediləcək şey qorunmağı buraxmaqdır. Qorunmanın növündən asılı olaraq hamilə qalma qabiliyyətiniz 0-3 ay ara verə bilər. Məsələn, uzun təsirli qorunma iynələri istifadə edənlərdə qorunmanı buraxdıqdan sonra 3-4 ay hamiləlik meydana gəlməyə bilər. Spiralın çıxarılması və hamilə qalmamaq üçün qəbul edilən dərmanların buraxılması zamanı ertəsi ay hamiləlik meydana gələ bilər.

Hamilə qalma şansını artırmaq üçün nizamlı bir cinsi həyat və həftədə ən azı 2-3dəfə cinsi əlaqədə olmaq lazımdır. Daha seyrək olan əlaqələrdə də əlbəttə hamiləlik meydana gələ bilər, amma ehtimal daha az olacaq. Bu halda cütlərin 70% -i 6 ay içində hamiləlik əldə edir. Heç bir problemə sahib olmayan və qorunmayan bir cütün orta hamilə qalma şansı hər aybaşı dövründə 25% ətrafındadır.

Hamilə qalmaq üçün ən uyğun dövr 28 gündən bir aybaşı görən qadında qanaxmanın başlanğıcından etibarən 12-15-ci günlərdir. Çünki bu dövrlərdə sağlam bir qadının mayalanması baş tutur.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 10 052
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri