Hamiləlik zamanı saçlarınıza xüsusi qulluq edin

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 009
Səs ver:
(səs: 0)
Elektriklənən saçlar
Saçlarınızdakı nəm azalıb çox quruduğundan elektriklənə bilər. Həm saçlarınızı yatırmaq həm də nəmləndirmək üçün bir neçə damla badam yağına ehtiyacınız var! Badam yağını ovucunuzun içinə alın və ovuştuşduraraq hər tərəfə bərabər sürtün. Əllərinizi saç uclarınıza xüsusilə çəkin. Anında saçınızın rənginin parladığını, elektriklənmənin aradan qaldırıldığını görəcəksiniz.

Saç tökülməsi
Hamiləlikdə və əmizdirmə dövründə saç tökülməsi yaşaya bilərsiniz, təlaşlanmayın! Həkiminizdən vitamin və mineral dəstəyi
alın. Saçlarınız yenidən çıxacaq,gurlaşacaq.

Dalğalı saçlar
Təbii dalğalı saçlarınız hamiləlik əsnasında forma verə bilmirsinixsə gecə yatmazdan əvvəl saçlarınızı 3 ya da 4 hissəyə ayırıb hörün. Səhər oyandığınızda saçlarınızı açıb bir az köpük çəkərək saçlarınızı formaya salın.

Düz saçlar
Düz saçlarınız əvvəlki kimi hamar görünmürsə istiliyə qarşı qoruyucu saç baxım məhsulunu saçınıza tətbiq etdikdən sonra çox sıx olmamaq şərtiylə saç düzləşdirici alət istifadə edərək forma verə bilərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 009
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri