Hamiləlik ananın beyninə necə təsir edir?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 793
Səs ver:
(səs: 0)
Analıq, halı hazırda yaşadığınız bir evdə daha əvvəl görmədiyiniz xarici bir otağı kəşf etməyə bənzər. Ya da bir çox insanın qısaca ifadə etdiyi kimi: Hər şeyi dəyişdirər. Yeni analar üçün dəyişən bir çox şeydən biri də hissləridir ki, bunlar da böyük ölçüdə nevrolojidir...

Yeni anaların davranış dəyişikliklərini müşahidə edərək keçirilən əsrlərdən sonra, elm insanları ancaq son zamanlarda prefrontal korteks, orta beyin, parietal lob və başqa yerlərdə reallaşan dəyişikliklərlə qadınların davranışları arasında bir əlaqə qura bilmişdir. Boz maddə daha konsentrə hala gələr. Empati, anksiyete və ictimai qarlılıqlı təsiri nəzarət edən bölgələrdə fəaliyyət artar. Ən fundamental səviyyədə, hamiləlik əsnasında və doğum sonrası dövrdə hormonların səbəb olduğu bu dəyişikliklər, anaya körpənin cazibədar görünməsini təmin edər. Digər bir deyişlə, əzici eşq, şiddətli qoruyuculuq və davamlı qayğı olan analıq duyğuları beyindəki reaksiyalarla başlar.

Ana beyni xəritələndirmədə, çoxu elm insanına görə, əhəmiyyətli olan yeni anaların niyə bu qədər çox qayğı və depressiya yaşadığını anlamaqdır. Hər altı qadından biri, doğum sonrası depressiya yaşayır və daha da çoxu davamlı əllərini yumaq ya da körpənin nəfəsini nəzarət etmək kimi takıntılı davranışlar inkişaf etdirər.

Analıq davranışları və ruh hallarını bir-birinə bağlayan bir çox beyin bölgəsi vardır. Araşdırmaçılar xüsusilə amigdala olaraq bilinən badam şəklindəki neyron seti ilə maraqlanar. Bu bölgə yaddaş, qorxu, qayğı və təcavüzkarlıq kimi romantik reaksiyaların sürücülərinə köməkçi olar. Normal bir beyində, amigdaladaki fəaliyyət doğum etdikdən sonrakı həftələr və aylar boyunca böyüyər. Bu böyümə yeni ana davranışları ilə korelasyondadır.

İnkişaf etmiş amigdala ananın körpəsinin ehtiyaclarına həddindən artıq həssaslıq göstərməsini təmin edər. Yalnız körpəsinə baxaraq, ananın beynindəki mükafat mərkəzləri hərəkətə keçər. Bu analıq beyin dövrəsi ananın körpəsi ilə danışmasını, ona olan mara və hisslərinə təsir edər. O halda, amigdalasında ziyan olan anaların depressiya səviyyəsinin daha yüksək olması da təəccübləndirici deyil. Yeni bir ananın amigdalasında nələr olduğu bura axan hormonlarla əlaqədardır. Bölgə, hamiləlik dövründə ifraz olunan oksitosin kimi hormonlar üçün alıcı yüksək bir konsentrasiyaya malikdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 793
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri