Bitki çayları ana südünə təsir edirmi?

Müəllif: adsiz-a
Şərhlər: 4
Baxılıb: 10 665
Səs ver:
(səs: 0)
Bəzi xəstəliklər zamanı müxtəlif bitki çaylarından istifadə etməklə xəstəliyin əlamətlərini aradan qaldırmaq mümkündür. Bəs südəmizdirmə zamanı necə, bitki çaylarından istifadə etmək olarmı?Südəmizdirmə zamanı bitki çaylarının istifadəsi barədə elmi araşdırmalar aparılmayıb, amma bəzi çayların içilib-içilməməsi barədə fikirlər söyləmək olar.qadinlar.biz immunitet.az-a istinadən bildirir ki, südəmizdirmə zamanı istifadə ediləbiləcək bitki çayları:Moruq - ana südünü artırmaq qabiliyyətinə malik olduğu söylənilir. Həm ana, həm də körpə üçün faydalıdır, heç bir mənfi təsiri yoxdur.Zəncəfil - Təzə zəncəfil dilimlərindən hazırlanmış çay ana südünü artırır, süd vasitəsilə uşağa keçərək mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır.Gicirtkən çayı - anada südün miqdarını artırır və yorğunluğu aradan qaldıraraq uşağın əhval-ruhiyəsinə təsir edir.İtburnu çayı - Tərkibində olna bol miqdarda C vitamini sayəsində südü artırmaqla yanaşı, həm ananın, həm də körpənin vitamin balansını ödəyir.Dəvətikanı - ana südünü artırır.Ekinezya çayı - döş ağrılarını azaldır, süd artırır.Ana südünün miqdarını azaldan çaylar:Nanə, adaçayı, kəklikotu çayı, qara yemişan çayı ana südünün miqdarını azalda bilir. Bu çaylardan uşaqəmizdirmə dövründə ən az 6 ay uzaq durmaq lazımdır.Yaşıl çay, çobanyastığı çayı, boyotu dəmləməsi, cəfəri, kəklikotu və anason çayları körpənin mədə-bağırsaq sistemində dəyişikliklər əmələ gətirə bildiyinə görə bu çaylardan südəmizdirmə dövründə uzaq durmaqda fayda var.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 10 665
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri