Hamiləlikdə də seksual olmaq mümkündür

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 6 696
Səs ver:
(səs: 0)
Alt paltarı seçimi vacibdir. Hamiləsiz deyə nənənizin geyindiyi alt paltarından geyinməli deyilsiz. Kimsə üçün deyil, sadəcə özünüzü yaxşı hiss etmək üçün seksual göstərəcək alt paltarları seçin. Köhnə seksual alt paltarına özünüzü məcburi yerləşdirməyə çalışmayın, kökəldiyinizi qəbul edib yenilərini alın. Qırmızıdan qorxmayın, qırmızı sizi yaxşı hiss etdirəcək.

Həyat yoldaşınızla görüş təyin edin.
Hamiləlik boyunca özünü yorğun hiss edirsiz, çölə addım atmağa belə halınız olmur. Ancaq romantik bir axşam yeməyi üçün hazırlaşmaq sizə yaxşı təsir edəcək.

Masaj. Bütün ağrı, gərilmə, çatlar və dartılmaların ən yaxşı dərmanı masajdır. İnanılmaz dərəcədə rahatlayacaqsız. Musiqini açın, şamları yandırın və bir-birinizi masaj edin.

Bədəninizi sevin. Hamiləlik bütün bədəndə dəyişiklik yaradır. Ancaq hamiləliyin düzgün yaşanması gözəlliyinizdən heç nə almaz. İri sinələriniz, sellülitlərinizi qəbul etmək vaxtıdır.

Özünüzü əzizləyin. “Salam, hamiləlik, əlvida, gözəlik salonu!”, – deyirsizsə, səhv edirsiz. Hamilə olsanız belə, SPA-ya gedin, qısa müasir saç kəsimləri edin, maskalar çəkin, dırnaqlarınızı şəkilləndirin, istənməyən tüklərdən xilas olun. Rahatladıqca özünüzü gözəl hiss edəcəksiz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 696
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri