Hamilə qalmaq üçün ən uyğun dövr..

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 6 146
Səs ver:
(səs: 0)
Sonsuzluq hər hansı doğuş həbləri istifadə etmədiyiniz halda ən az bir il müddətində hamilə qala bilməməkdir. Qərb ölkələrində sonsuzluq əhalinin təxminən 15% -i əhatə edir. Həmin insanların bir hissəsi süni mayalanma kimi alternativ üsullarla hamilə qalmağa çalışır, digər qism isə təbii yollarla hamiləlik şansını istifadə edir. Aile.lent.az təbii yollarla hamilə qalmanın mümkünlüyü haqqında bəzi maraqlı faktlarla sizi tanış edir.

İlk növbədə onu bildirək ki, təbii yollarla hamiləlikdə ən əhəmiyyətli faktor menstrual dövr və döllənmə ehtimalının yüksək olduğu yumurtlama zamanını bilməkdir. Yumurtlama adətən 14-cü gündə reallaşır. Buna görə də hamiləlik üçün cütlüklər 12-15-ci günlər arasında mümkün qədər çox cinsi əlaqəyə girirlər.

Hər bir qadının menstrual tsikli bir-birindən fərqlidir. Bu səbəbdən də hamiləlik şansının artması üçün qadının menstruasiya dövrü araşdırılmalı və yumurtlamanın konkret olaraq nə zaman baş verdiyi hesablanmalıdır.

Yumurtlama əlamətlərini təyin etmək

Yumurtlama zamanını düzgün təqib edə bilmək üçün qadınlar bu üsullardan istifadə edə bilərlər:

- Özünüzə bir təqvim hazırlayın. Təqvim vasitəsilə günləri təqib etmək cinsi əlaqəyə girməyin doğru zamanını bilmək üçün asan və təsirli bir üsuldur.

- Vaginal mayeyə nəzarət edin. Yumurtlama əsnasında vaginadan gələn maye normal vaxtlara nisbətən daha ağır, aydın və elastik olur.

- Vaginanızın daxili hissəsini hiss edin. Yumurtlama əsnasında uşaqlıq boynu daha yumşaq və normal halına nisbətən daha açıq olur.

- Qarın bölgəsində hiss edəcəyiniz kəskin ağrılara fikir verin. Çünki yumurtlama əlaməti ola bilərlər.

- Baş ağrısı, qabarıqlıq, sinələrdə həssaslıq və ağrı da yumurtlama dövründə olduğunuza işarə edə bilər.

- İnsanların təbii yollarla hamiləlik şanslarını artıra bilmək üçün başqa variantlar da var. Cinsi əlaqədən sonra bir müddət uzanmaq, duşu təxminən 30 dəqiqəyə qədər təxirə salmaq və ən əhəmiyyətli məqam, cinsi əlaqəyə neçə dəfə girməyin lazım olduğunu hesablamaq vacibdir.

- Kişilər çox zaman bütün bu ssenari içərisindəki rollarına laqeyd yanaşırlar. Spermanın da doğru formada və kifayət qədər hərəkətli olması lazımdır. Əks təqdirdə mayalanma gerçəkləşməyə bilər.

- Spermaların ziyan görməsinin qarşısını almağın başqa bir yolu da qısa, dar alt paltarı əvəzinə uzun ayaqlı alt paltaı geyinməkdir. Bu cür “boxer”lər testislərin həddindən artıq isinmələrinə mane olaraq spermaların ziyan görməsinin qarşısını alır.

- Həm kişilər, həm qadınlar təkcə anatomik və hormonal faktorlara fikir verməməlidirlər. Bir çox halda müvəffəqiyyətsizliyin səbəbi balanssız qidalanma, həddindən artıq stress, spirt və nikotin istifadəsi, hətta bir çox dərmanlar kimi zəhərli kimyəvi təsirlərə məruz qalmaq da ola bilər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 6 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri